Yandex, Tinkoff bankını almağa hazırlaşır
Rusiyanın ən böyük texnologiya şirkəti Yandex, ölkənin qabaqcıl özəl banklarından biri olan Tinkoff-u təxminən 5,5 milyard dollara satın almağa hazırlaşır.
Marja Tinkoff-un açıqlamasına istinadən xəbər verir ki, bankın satışı üçün Yandex ilə prinsipdə razılaşma təmin edilib.
Razılaşmaya görə, Tinkoff-un bir səhmi 27,64 dollardan olmaqla cəmi təxminən 5,5 milyard dollara 100% Yandex-ə satışı nəzərdə tutulur.
Tinkoff bankının qurucusu və sahiblərindən, eyni zamanda bir müddətdir qan xərçəngindən müalicə olunan Oleg Tinkov, sosial media üzərindən etdiyi açıqlamada, "Bu bir satış deyil, birləşmədir. Yandex ilə birlikdə ölkənin ən böyük texnologiya şirkətləriyik və bu böyük bir sinerji yaranacaq", - şərhini edib.
Yandex ilə Tinkoff arasındakı razılaşmanın mətbuatda əks olunmasının ardından Yandex-in səhmləri Moskva Birjasında 8,5% səviyyəsində, NASDAQ birjasında isə 9%-ə yaxın dəyər qazanıb.
Mütəxəssislər, razılaşmanın yekunlaşması halında, Yandex-in, müştərilərinə çoxlu sayda xidmət təqdim edə bilən böyük bir ekosistemə çevriləcəyini vurğulayırlar.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti







.jpg)






.jpg)








