Azərbaycandan “Sberbank”a etiraz!
Separatçı rejim üçün ianə toplanmasına xidmət göstərməyin! Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış monitorinqlər zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”ın iştirak faktı aşkarlanmışdır.Azərbaycan Respublikasının Mərkəzi Bankı əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olan ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayır. Bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülmüş, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə qarşı tərəflərə müraciətlər olunmuşdur. Həmin müraciətlərdə qeyd olunan qanunsuz əməliyyatlarda iştirak edən maliyyə təşkilatları xəbərdar olunmuşdur ki, yerli maliyyə təşkilatlarının işğal altında olan ərazilərimizdə qanunsuz fəaliyyət göstərən təşkilatlarla işgüzar münasibətləri dayandırılacaqdır. Görülən tədbirlər nəticəsində həmin qanunsuz əməliyyatların qarşısının alınmasına nail olunmuşdur.
Mərkəzi Bankdan Marja-ya daxil olmuş məlumata görə, qeyd olunan mübarizə tədbirləri Ermənistanın işğalçı qüvvələrinin genişmiqyaslı təxribatlarına qarşı Milli Ordumuz tərəfindən əks hücum əməliyyatlarının aparıldığı, torpaqlarımızın işğalçılardan azad edildiyi indiki həssas dövrdə xüsusi aktuallıq kəsb edir. Rəşadətli ordumuzun düşmən üzərində inamlı qələbələri və qarşı tərəfin resurslarının tükənməsi şəraitində düşmən qüvvələr dünyanın müxtəlif yerlərindən qeyri-qanuni fəaliyyətləri üçün yardımlar toplamağa cəhd edir.
Bu xüsusda Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılmış monitorinqlər zamanı Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma “Dağlıq Qarabağ Respublikası” üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən “Sberbank”ın iştirak faktı aşkarlanmışdır. Müəyyən olunmuşdur ki, sözügedən yardımlar “Sberbank”da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda “Donation We and our borders”, “Финансовая помощь Мы и наши границы”, “Арцах” və ya “Artsakh” təyinatları adı altında həyata keçirilir.
Bununla əlaqədar dərhal Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də “Sberbank”a sərt etiraz məktubu göndərilmişdir. Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində “Sberbank”ın iştirakına qətiyyətlə etiraz edilmişdir.
“Sberbank”da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırmış və “Sberbank”ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilmişdir.
Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, “Sberbank” kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanmışdır. Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan Hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir.
Əhalinin nəzərinə çatdırırıq ki, qeyd olunanlarla yanaşı, düşmən həm də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Şanlı Ordumuz tərəfindən uzun illər ərzində işğal altında saxladığı torpaqlarımızda məğlubiyyətə uğradıqca bütün vasitələrlə ölkə daxilində digər təxribatlara da əl atır. Belə ki, ölkə banklarımızın müştərilərində çaşqınlıq yaratmaq məqsədilə banklar adından onlara saxta mesajlar, elektron məktublar göndərilir. Qeyd edək ki, bu təxribatlara qarşı da ölkənin müvafiq orqanları, o cümlədən maliyyə-bank sistemi tərəfindən hazırda ciddi əks tədbirlər görülür və təxribatların qarşısı alınır.
Azərbaycan Mərkəzi Bankı bundan sonra da öz səlahiyyətləri çərçivəsində sağlam maliyyə vasitəçiliyinin təmin olunması, o cümlədən işğal altında olan torpaqlarımızda istənilən qanunsuz fəaliyyətin qarşısının alınması üçün adekvat tədbirlərin görülməsini davam etdirəcəkdir.
Müştərilərin xəbərləri
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azercell yeni rouminq internet paketlərini istifadəyə verir - QİYMƏTLƏR
-
2 gün əvvəl
AccessBank kartları ilə ictimai nəqliyyatda ödənişlərə 20% keşbek imkanı!
- 2 gün əvvəl
-
2 gün əvvəl
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
-
2 gün əvvəl
PAŞA Holding-in dəstəyi ilə “Təhsil üçün əl-ələ” layihəsi uğurla həyata keçirilib
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Şamaxı və Göyçay heyvan satışı bazarları açılıb
İranda etirazlar davam edir: ölənlərin sayı 51-ə çatıb
"BİR KREDİT BOKT" istiqrazlarına 68 investor 68 sifariş təqdim edib
“Avant Group” MTK fəaliyyətini davam etdirir, "“Avant Group” MMC- nin ləğvi “Avant Group” MTK-nın fəaliyyətini dayandırması demək deyil - AÇIQLAMA
2025-ci ildə qlobal qida qiymətləri düşüb
Dolların Bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
AZAL-ın təyyarəsi Tehrana uça bilmədi - Bu günə planlaşdırılan Bakı-Tehran-Bakı reysi ləğv edildi
Faizsiz kreditlə Nərimanovda yeni mənzil sahibi olun: "City Garden Narimanov" - "Kristal!"
BOKT adını və təşkilati-hüquqi formasını dəyişib
Azərbaycan Çindən portağal alışını 267 dəfə artırıb










.jpg)











