SOCAR qazma, hasilat, emal və ixrac göstəricilərini açıqladı
2020-ci ilin üçüncü rübündə SOCAR tərəfindən 1,8 milyon tondan çox1 neft, 1,8 milyard kubmetrdən çox qaz hasil olunmuşdur.
SOCAR-ın saytında verilən məlumata görə, OPEC+ razılaşması çərçivəsində götürülmüş məhdudlaşdırma öhdəlikləri ilə əlaqədar olaraq, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatında azalma qeydə alınmışdır. Öhdəliklər yalnız xam neft hasilatını əhatə etdiyi üçün qaz hasilatında artım tempi davam etmişdir. Müvafiq dövrdə ölkə üzrə 8,2 milyon tona yaxın neft, 8,2 milyard kubmetrə yaxın4 qaz hasil edilmişdir.
Üçüncü rüb ərzində qazma işləri şirkət üzrə 11 min metr5, ölkə üzrə isə 42 min metrə yaxın həcmlərdə həyata keçirilmişdir.
Eyni zamanda SOCAR tərəfindən 1,3 milyon tona yaxın neft, 827 milyon kubmetrdən çox8 təbii qaz emal olunmuşdur.
SOCAR-ın xammal üzrə ixrac göstəriciləri 3,7 milyon tona yaxın9 neft, 148 milyon kubmetrdən çox qaz həcmlərini təşkil etmişdir. 2020-ci ilin 3-cü rübündə ölkə daxilində 2,3 milyard kubmetrə yaxın qaz istehlak olunmuş, 3 milyard kubmetrdən artıq qaz isə ölkədən ixrac edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur. Rüb ərzində həm də SOCAR-ın müəssisələrindən istehsal olunmuş 571 min ton neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb

























