"Vəhşilərlə üz-üzəyik”
“Biz bu illər ərzində beynəlxalq aləmə sübut edirdik və hesab edirəm, sübut edə bilmişik ki, biz haqlıyıq, biz işğala məruz qalmışıq. Bu gün işğaldan azad edilmiş şəhərlərin, kəndlərin mənzərəsi göstərir ki, biz hansı vəhşilərlə üz-üzəyik”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də Türkiyə Respublikasının Baş Ombudsmanı Şərəf Malkoçu qəbul edərkən deyib.
Azərbaycan Prezidenti bildirib ki, o şəhərlərdə, o kəndlərdə, onların böyük əksəriyyətində bir dənə də salamat bina qalmayıb.
“Füzuli şəhərini tamamilə dağıdıblar. Bir salamat bina tapa bilmədik ki, orada Azərbaycan bayrağını qaldıraq və nəhayət, bu mərasim də keçirildi. Bütün kəndlərimizin binaları dağıdılıb, məscidlərimiz dağıdılıb. Dünən internetdə Zəngilanın bir kəndində dağılmış məscidin görüntülərini bütün dünya gördü. O məsciddə donuzlar saxlayıblar. Bizim məscidlərimizi təhqir ediblər. Bizim bütün tarixi abidələrimizi dağıdıblar. Evlərdən demək olar ki, yalnız daşlar qalıb. Bütün dam örtükləri, pəncərələr, əşyalar talan edilib.
Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərində xaricdən gələn dəstək hesabına onlar bizim torpaqlarımızı zəbt ediblər. İndi də, indiki şəraitdə də biz görürük ki, onlara xaricdən yardım edilir. Oraya muzdlular, pullu əsgərlər göndərilir. Oraya böyük silahlar göndərilir. Buna baxmayaraq, biz bu çirkin rejimin belini qırırıq, qıracağıq. Haqq işimizi davam etdiririk, Türkiyə kimi qardaş ölkə yanımızdadır, hər zaman birlikdəyik. Bir daha sizə təşəkkür edirəm”, - Azərbaycan Prezidenti əlavə edib.
“Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək”
“İndiki şəraitdə sizin Azərbaycanda olmağınızın xüsusi mənası var”, - Prezident deyib.
Prezident bildirib ki,Ermənistan Azərbaycana qarşı növbəti təcavüz aktı törədib, növbəti terror aktı törədib: “Həm bizim mülki vətəndaşlara, həm də hərbçilərimizə qarşı hərbi cinayət törədib. Bilirəm ki, siz səfər çərçivəsində Gəncə şəhərinə gedəcəksiniz. Orada özünüz görəcəksiniz ki, biz hansı vəhşi düşmənlə üz-üzəyik. Onlar döyüş meydanında bizim qarşımızda duruş gətirə bilmirlər və çalışırlar ki, bu acı məğlubiyyətin əvəzini dinc insanlardan çıxsınlar”.
Dövlət başçısı deyib ki, Gəncəyə iki namərd hücum və Gəncə şəhərinin ballistik raketlərlə vurulması hərbi cinayətdir: “Ermənistan rəhbərliyi bu cinayətə görə cavab verəcək. Bu, qəsdən törədilmiş cinayətdir. Məhz mülki əhalinin yaşadığı yerləri məqsədyönlü şəkildə atəşə tutublar. Bildiyiniz kimi, çoxlu itkilərimiz var, yaralılarımız var, o cümlədən uşaqlar, qadınlar, qocalar. Bu, bir daha erməni faşizminin yırtıcı mahiyyətini göstərir. Bu, bir daha göstərir ki, biz erməni faşizminin belini qırmaqla bölgəmizi böyük bəladan, böyük faciədən xilas etmiş oluruq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
-
8 d. əvvəl
Azərbaycanda 10 milyon dollar nizamnamə kapitalı olan yeni şirkət yaradılıb
- 21 d. əvvəl
-
24 d. əvvəl
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
- 40 d. əvvəl
-
49 d. əvvəl
"Kontakt Home" ödədiyi 40 milyon manat vergi məbləği ilə rəqibləri arasında 1- ci yeri tutub
-
1 saat əvvəl
Azərbaycanda ən çox vergi ödəyən supermarket və marketlər - ADLARI MƏLUM OLDU
-
1 saat əvvəl
Azərbaycanda ən çox vergi ödəyən bankların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
-
1 saat əvvəl
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda yeni investisiya şirkəti yaradılıb
Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib
Ödəniş şirkəti 50 min manat, vəzifəli şəxsi 10 min manat cərimələnib
"Kontakt Home" ödədiyi 40 milyon manat vergi məbləği ilə rəqibləri arasında 1- ci yeri tutub
Ən çox oxunanlar
Azərbaycanda ən çox vergi ödəyən bankların adları məlum oldu - "KAPİTAL BANK" 1-Cİ YERİ TUTUB
Expressbank ilə Enerji Məsələlərini Tənzimləmə Agentliyi arasında müqavilə imzalanıb
Azərbaycanda ən çox vergi ödəyən 10 şirkət
Azərbaycanda ən çox vergi ödəyən 100 şirkətin adı açıqlandı - SİYAHI
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
“Subway” Azərbaycan bazarına daxil olur - FOTO
Avropada qazın qiyməti ABŞ və İran arasında atəşkəs ilə 18% düşdü
Azərbaycan neftinin qiyməti düşüb





















