Azərbaycandan sürtkü yağlarının ixracı müzakirə olunub
AMEA Yüksək Texnologiyalar Parkında (YT Park) bu müəssisənin Ekspertlər Şurasının katibi və Müşahidə Şurasının üzvü, Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik Vaqif Fərzəliyevlə görüş keçirilib.
Görüşdə YT Parkın direktoru Vasif Abbasov, direktor müavini Zahir Nəsibov və Parkın rezidenti olan Təcrübə-Sənaye Zavodunun direktor müavini Səxavət Rüstəmov iştirak ediblər.
Görüşün keçirilməsində məqsəd xüsusi təyinatlı sürtkü materiallarının hazırlanmasının mövcud vəziyyəti, istehsalının təşkili və perspektivlərinin müzakirəsi olub.
Akademik V.Fərzəliyev rəhbərlik etdiyi qurumda müasir tələblərə və standartlara cavab verən müxtəlif təyinatlı (motor, transmissiya, hidravlik və s.) sürtkü yağlarının işlənilməsi istiqamətində aparılan elmi-tədqiqat işlərindən danışaraq, yaradılmış sürtkü materiallarının istehsalının Təcrübə-Sənaye Zavodunda həyata keçirildiyini vurğulayıb. Strateji materiallar sırasına daxil olan xüsusi təyinatlı sürtkü materiallarının hazırda müharibə şəraitində olan ölkəmiz üçün əhəmiyyətindən bəhs edən akademik V.Fərzəliyev bu materialların respublikada istehsalının təşkilinin ən aktual problemlərdən olduğunu deyib.
Sonra YT Parkın direktoru V.Abbasov çıxış edərək rəhbərlik etdiyi qurumun rezidenti olan Təcrübə-Sənaye Zavodunun müasir standartlara uyğun texnoloji qurğulara malik olduğunu və istehsal olunan sürtkü materiallarının respublikanın bir sıra təşkilatları tərəfindən istifadə edildiyini diqqətə çatdırıb.
Direktorun sözlərinə görə, AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin göstərişinə əsasən, Aşqarlar Kimyası İnstitutunun resepti əsasında hazırlanmış və Zavod tərəfindən istehsal olunan xüsusi təyinatlı sürtkü yağları Tərtər və Füzuli bölgələrində yerləşən hərbi hissələrə göndərilib. V.Abbasov qeyd edib ki, zərurət yaranarsa YT Park tərəfindən bu məhsulların növbəti dəfə cəbhə bölgəsinə göndərilməsi təşkil olunacaq.
Tədbirdə, həmçinin müdafiə sənayesində istifadə olunan xüsusi təyinatlı sürtkü yağlarının digər ölkələrə ixracının təşkili istiqamətində fikir mübadiləsi aparılıb, perspektivlər müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
5 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 5 gün sonra
- 1 gün sonra
-
- 47 d. əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanda ödənişli hərbi xidmət olacaqmı? Generaldan konkret cavab
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xərçəng iddiası ilə bağlı məhkəmə işində “Bayer” şirkətinin xeyrinə qərar verildi
- 2 gün əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycanda investisiya vərdişləri necə inkişaf edə bilər?
"Attestatla qəbul haqqında reklamlara tez-tez rast gəlirik. Burada məqsəd nədir: Savad və bilik əldə etmək, yoxsa müddətli həqiqi xidmətdən yayınmaq?"
Qızıl gətir, sərfəli kredit götür!
Ən çox oxunanlar
ABŞ, Trampın Tehranı Hörmüz boğazında atəşkəsi pozmaqda ittiham etməsindən sonra İrana zərbələr endirib
Ağ Evdən OpenAI-a GPT-5.6 göstərişi
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Gürcüstan Azərbaycandan 2 milyard kubmetrdən çox təbii qaz tədarükünə dair zəmanət əldə edib



























