AZAL-ın dəstəyi ilə Kubadan Azərbaycana növbəti həkim briqadası gətirildi
Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) Kubanın paytaxtı Havanadan Bakıya xüsusi reys yerinə yetirdi.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin yaydığı məlumata görə, Noyabrın 6-sı təşkil olunan xüsusi reyslə Azərbaycan hökumətinin dəvəti ilə Kubadan Azərbaycana 120 həkim-mütəxəssis çatdırılmışdır. Kubadan gələn peşəkar həkimlər Azərbaycan həkimləri ilə birgə COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərində iştirak edəcəklər.
Qeyd edək ki, bu ilin iyul ayında "Azərbaycan Hava Yolları" artıq belə bir reys həyata keçirmişdir və həmin reyslə Havanadan Bakıya koronavirus infeksiyasına qarşı mübarizədə kömək göstərmək üçün bir qrup Kubalı həkim gəlmişdir.
Aviauçuş genişfüzelyajlı "Boeing 787" tipli təyyarə vasitəsilə həyata keçirilmişdir. Uçuş 13 saat davam etmiş, Azərbaycan və Kubanın paytaxtları arasındakı məsafə 11 880 km. təşkil etmişdir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 22 d. əvvəl
- 31 d. əvvəl
-
42 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 46 d. əvvəl
-
58 d. əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)


.jpg)








