Azərbaycanda yeni qazma şirkəti yaradılıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Oil Rocks Drilling Company” MMC-ni dövlət qeydiyyatına alıb.
Yeni şirkət adından göründüyü kimi qazma fəaliyyəti ilə məşğul olacaq.
Kommersiya qurumu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyi ilə eyni hüquqi ünvanda - Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, ev 73-də qeydiyyatdan keçib. Onun nizamnamə kapitalı 10 000 manat, qanuni təmsilçisi isə Əliş Ramiz oğlu Həsənovdur. O, həm də SOCAR-ın Kompleks Qazma İşləri Trestinin müdiridir.
Dövlət Vergi Xidməti yeni şirkətin Müşahidə Şurasının tərkibini də açıqlayıb. Şuraya SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti Daşqın Ələm oğlu İskəndərov, onun müavini Nüsrət Şıxəli oğlu Əliyev, onun (D.İskəndərovun) müşaviri Orxan Elbrus oğlu Səlimov, SOCAR-ın vergilər şöbəsinin rəisi İlqar Bayram oğlu Əzizov və şirkətin hüquq idarəsinin rəis müavini Tərlan Telman oğlu Tahirov daxildir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
6 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
6 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
8 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 8 saat əvvəl
-
8 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























