Azərbaycanda yığımına yenidən başlanılıb - QİYMƏT
Tələbat artdığı üçün Naxçıvan Avtomobil Zavodunda “NAZ Lifan-X70” modellərinin yığımına yenidən başlanılıb.
Hazırda bu modeldə olan avtomobillərdən 60-nın yığımı davam edir. Zavodun baş mühəndisi Rəhim İsmayılovun verdiyi məlumata görə, avtomobillərdən 20-si avtomatik, qalanları isə mexaniki sürət qutusu ilə təchiz olunacaq. Avtomobillərin dekabr ayında satışa çıxarılması nəzərdə tutulub.
Bundan əlavə, Çinin “FAW Industrial Group” avtomobil istehsalçısı ilə bağlanmış müqaviləyə əsasən, hazırda zavodda “FAW T-33” avtomobillərinin yığımı da həyata keçirilir.
Satışa çıxarılacaq avtomobillər üçün güzəştli kampaniyalar da də nəzərdə tutulub.
Hazırda avtomobil zavodunda və “Cahan” avtomobil salonlarında satış davam etdirilir. “FAW T-33” modellərini 31 min manata və ya 25 faiz ilkin ödənişlə, 36 ayadək kreditlə əldə etmək mümkündür. “NAZ Lifan-X70” modelini isə avtomat sürət qutusu ilə təchiz olunanı 32 min, mexaniki sürət qutusu ilə təchiz ediləni isə 28 min manata əldə etmək mümkündür. Bu modelləri isə 20 faiz ilkin ödəniş etməklə 48 aylıq kredit şərtləri ilə satışa çıxarılır
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu il yanvarın 11-dən fəaliyyət göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir texnoloji avadanlıqlar quraşdırılıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
1 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
1 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
1 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
3 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 3 saat əvvəl
-
3 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























