Zərərdə "üzən" banka peşəkar bankir cəlb edilir - YENİ SƏDR
Tanınmış və peşəkar bankir Anar Həsənovun “Yelo Bank” ASC-nin İdarə Heyətinə sədr təyin ediləcəyi bildirilir.
Marja-nın əldə etdiyi məlumata görə, Anar Həsənov 2021-ci ilin Yanvar ayının 1-dən “Yelo Bank” ASC İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayacaqdır.
Nikoloz Şurqaia Oktyabr ayında “Yelo Bank”ın İdarə Heyətinin sədri vəzifəsini tərk edib. Hazırda “Yelo Bank”da İdarə Heyəti sədrinin vəzifələrini müvəqqəti olaraq Emil Duşdurov icra edir.
Anar Həsənov hazırda “AccessBank” QSC-nin İdarə Heyətinin sədridir. O, 18 ildir “AccessBank”da çalışır və təxminən son 2,5 ildə Banka sədrlik edib. Devalvasiyalardan sonra bir çox banklar kimi ziyana düşən “AccessBank” Anar Həsənovun rəhbərliyi dövründə sabitləşib və yenidən mənfəətə keçib. Xüsusilə, 2019-cu ilin əvvəlində “AccessBank”a yeni səhmdarların cəlbi və kapitallaşması prosesi həyata keçirilib. 14 Mart 2019-cu il tarixində Anar Həsənov “AccessBank”ın nizamnamə kapitalının artırılmasının başa çatdığını elan etmişdir. Kapital mövqeyi güclənmiş "AccessBank" indi stabil banklardan biridir.
“AccessBank”dan Marja-ya bildirildi ki, Anar Həsənov 2020-ci ilin sonunadək İdarə Heyətinin sədri vəzifəsini icra edəcək, 2021-ci ilin əvvəlindən isə “Yelo Bank”ın İdarə Heyətinin sədri vəzifəsinə keçəcək. Yeni sədr təyinatınadək “AccessBank”da İdarə Heyətinin sədri vəzifəsini İdarə Heyəti sədrinin birinci müavini Evgenia Gashikulina icra edəcəkdir.
Həmçinin bir neçə şəxsin “AccessBank”dan "Yelo Bank"a transfer olduğu bildirilir.
Anar Həsənov uzun müddətdir zərərdən xilas olmayan “Yelo Bank”ı təhvil alaraq “sükanı” arxasına keçəcəkdir. 30 Sentyabr 2020-ci il tarixində "Yelo Bank"ın yığılmış zərəri 308 milyon 564 min manat təşkil edib. Anar Həsənovun əsas missiyasının öz təcrübəsindən və əlaqələrindən istifadə edərək “Yelo Bank”ı mənfəətə keçirmək və bazar payını artırmaq olacaqdır.
Həmçinin oxu
Yelo Bankın zərəri “qar topu” kimi böyüyürMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 39 d. əvvəl
-
-
47 d. əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
59 d. əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
1 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
2 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb
Kreditinizi Birbank-a gətirin, 6%-dək endirim qazanın






.jpg)



















