Statistika Komitəsi qeyri neft-qaz sektorunda məhsul istehsalının 11,4 faiz artdığını bildirir
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2020-ci ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,7 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4 faiz artmışdır.
Sənaye məhsulunun 60,7 faizi mədənçıxarma sektorunda, 33,2 faizi emal sektorunda, 5,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,4 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 86,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 51,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 47,5 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 42,1 faiz, geyim istehsalı 41,5 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2 faiz, kağız və karton istehsalı 37,7 faiz, tütün məmulatlarının istehsalı 27,1 faiz, tikinti materiallarının istehsalı 24,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,7 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20,0 faiz, kimya sənayesi məhsullarının istehsalı 19,5 faiz, elektrik avadanlıqlarının istehsalı 17,2 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 9,6 faiz, maşın və avadanlıqların istehsalı 8,0 faiz, hazır metal məmulatlarının istehsalı 4,2 faiz artmış, qida məhsullarının istehsalı 1,0 faiz, neft məhsullarının istehsalı 1,8 faiz, poliqrafiya məhsullarının istehsalı 3,2 faiz, içkilərin istehsalı 10,3 faiz, mebel istehsalı 25,2 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44,0 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8,0 faiz artmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,9 faiz azalmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
-
5 saat əvvəl
Naxçıvan və Urumçi şəhərləri arasında iqtisadi əməkdaşlığa dair onlayn görüş keçirilib
-
7 saat əvvəl
Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
Xarici vətəndaşlar üçün bəzi qoruq və muzeylərə giriş qiyməti dəyişir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
ABB İnvest “İlin investisiya şirkəti” seçildi
Ən çox oxunanlar
Zərgərlik sahəsində əyar nəzarəti sistemi formalaşdırılır
Rəşid Behbudovun itmiş rəsmi ABB-nin dəstəyi ilə yenidən yaradıldı!
Bakı Limanında rekord nəticə
Sahibkarın 4 milyon manatını ələ keçirməkdə təqsirləndirilən dəstənin məhkəməsi başlayıb
"FINCA Azerbaijan"ın dollar istiqrazlarına 54 investordan 54 sifariş - HƏRRACIN NƏTİCƏSİ
6 faydalı qazıntı yatağı hərraca çıxarılacaq
Paşinyan Azərbaycandan Ermənistana benzin tədarükünü alqışladı

















.jpg)

.jpg)



