Veysəloğlu Qrupunun 637 əməkdaşı 2-ci Qarabağ müharibəsində iştirak edib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən hərbi toplanışlara və Qarabağ uğrunda 2-ci Vətən müharibəsinin başlanması səbəbindən Azərbaycanda qismən səfərbərlik elan edilməsi ilə əlaqədar olaraq, ehtiyatda olan hərbi vəzifəlilərin çağrışına Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları da dərhal cavab reaksiya verib.
Şirkətin yaydığı məlumatda bildirilir ki, Veysəloğlu Şirkətlər Qrupu və Qrupa daxil olan şirkətlərin ümumilikdə 637 əməkdaşı döyüş bölgələrinə yollanıb.
Onlardan 12 nəfər torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub, 1 nəfər itkin düşüb.
Hərbi əməliyyatlar zamanı yaralanan 24 nəfər əməkdaşın isə tibb müəssisələrində müalicələri davam etdirilir.
Məlumatda qeyd edilib ki, rəhbərliyin qərarına görə, özəl klinikalarla mövcud müqavilə əsasında Şirkətlər Qrupunun Qarabağ döyüşlərində iştirak edərək xəsarət almış və müalicəyə ehtiyacı olan əməkdaşlarına, həmçinin onların ailə üzvlərinə hərtərəfli tibbi xidmət göstərilir. Onlar üçün xidmət tamamilə ödənişsiz, Şirkətlər Qrupunun hesabına həyata keçirilir.
"Onu da əlavə edək ki, Veysəloğlu Şirkətləri Qrupu qanunvericiliyə müvafiq olaraq hərbi mükəlləfiyyətlə bağlı vəzifələrin yerinə yetirilməsi üçün çağırılan əməkdaşlarımızın iş yeri, vəzifəsi saxlanılmaqla onlara orta əmək haqqının ödənilməsini təmin edir.
Xatırladaq ki, Veysəloğlu Şirkətlər Qrupu korporativ sosial məsuliyyət (KSM) layihələri çərçivəsində ölkə üzrə şəhid ailələrinə, Qarabağ müharibəsi veteranlarına və əlillərinə dəstək məqsədilə həyata keçirdiyi çoxsaylı layihələrinin icrasını da davam etdirir",- məlumatda bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
3 d. əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
-
4 d. əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
25 d. əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
30 d. əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
-
37 d. əvvəl
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
- 48 d. əvvəl
- 53 d. əvvəl
-
1 saat əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Ən çox oxunanlar
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib






.jpg)








.jpg)









