PAŞA Həyat və PAŞA Sığorta tezliklə Şuşada
Azərbaycanın aparıcı sığorta şirkətləri olan PAŞA Sığorta və PAŞA Həyat sığorta şirkətləri qısa zamanda Şuşa şəhərində müştərək nümayəndəliyin açılışını planlaşdırır.
Bu barədə şirkətlərin birgə məlumatında deyilir:
"PAŞA Sığorta və PAŞA Həyat Sığorta şirkətləri olaraq düşmən işğalından azad edilmiş Qarabağda yeni nümayəndəliyimizin yaradılmasından qürur hissi duyuruq".
PAŞA Sığorta şirkətinin İdarə Heyətinin sədri Ülviyyə Cabbarova bu günü çoxdan gözlədiklərini, nəhayət arzularını reallaşdıra biləcəkləri üçün böyük sevinc hissi keçirdiklərini qeyd edib.
“Vətən bizi çağırır və biz Qarabağa gəlirik. Uzun illərdən bəri torpağına, suyuna həsrət qaldığımız doğma Şuşamızdan artıq qürurla xalqımızı “Etibarınıza və rahatlığınıza zəmanət” şüarına səsləyə biləcəyik.”– o, fikrini bu sözlərlə bitirib.
PAŞA Həyat şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov da fikirlərini bölüşüb: “Bu gün rəşadətli ordumuza və Ali Baş Komandana bu imkanı bizə yaratdıqları üçün minnətdarıq. Qarabağ bölgəsinin iqtisadi inkişafı üçün biz də əlimizdən gələni etməyə hazırıq. Həsrət bitdi. Qarabağa həyat qayıdır.”
Artıq biz xəyallarda deyil, real olaraq Qarabağda addımlayırıq. Düşmənin talan etdiyi torpaqlarımızda canlı həyatı biz dövlət və xalq olaraq ən qısa zamanda bərpa etməyi bacaracağıq. Azərbaycan bazarında fəaliyyət göstərən digər şirkətlər də birlik göstərərək bu bölgəmizin iqtisadiyyatının canlanmasına öz töhfəsini verməlidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
16 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 18 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub





















