"Lazım olsa pul siyasətimizi daha da sərtləşdirəcəyik"
Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) sədri Naci Ağbal, "2021 Pul və Məzənnə Siyasəti"nin təqdimatında sərt pul siyasətinin və inflyasiya ilə mübarizənin davam edəcəyini bildirib.
Marja xəbər verir ki, Ağbal, "İnflyasiya ilə bağlı yuxarı istiqamətli risklər 2021-ci ildə pul siyasətinin sərt şəkildə davam etməsini zəruri etməkdədir. Lazım olsa pul siyasətimizi daha da sərtləşdirəcəyik" ifadələrini istifadə edib.
Sədr qeyd edib ki, məzənnə və əmtəə qiymətləri inflyasiya üçün risk yaradır.
"Hökumətlə birlikdə müəyyən olunmuş 5% inflyasiya hədəfinə bağlıyıq. Bütün TCMB vasitələrini qərarlı bir şəkildə istifadə edərək 2023-ci ildə bu hədəfə çatmaq üçün fövqəladə bir səy sərf edəcəyik",- Naci Ağbal əlavə edib.
Naci Ağbalın açıqlamaları Türk Lirəsinin bahalaşmasına səbəb olub. Çərşənbə axşamı gününü 7.8346 səviyyəsindən bağlanmış dollar/TL məzənnəsi bu gün 7.7627 səviyyəsinə qədər geriləyib. Türk Lirəsi təxminən 0,7% bahalaşıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)






.jpg)










