Türkiyədən Azərbaycana təklif: "Milli valyutaya keçək"
Azərbaycan və Türkiyə arasında qarşılıqlı ticarətdə milli valyutaya keçid iqtisadi artıma kömək edəcək, ölkələr arasında xarici ticarət əməliyyatlarını gücləndirəcək və sabitləşdirəcək.
Bunu açıqlamasında Türkiyənin gömrük və ticarət naziri Bülent Tüfenkci deyib.
Nazirin sözlərinə görə, qarşılıqlı ticarətdəki hesablamalarda Azərbaycan manatı və türk lirəsindən istifadə çox əhəmiyyətlidir. Belə ki, bu, xərcləri aşağı salmağa, risklərə nəzarəti artırmağa və ölkələrin milli ehtiyatlarının xarici faktora qarşı həssaslığını azaltmağa imkan verəcək:
“Həmçinin ticarətdə milli valyuta ilə hesablamalar xüsusilə böhran dövründə xarici valyuta defisiti ilə əlaqədar mənfi təsirlərin qarşısını alacaq. Valyuta məzənnələrinin dəyişməsi riskinin qarşısının alınması idxal olunan malların qiymətində qeyri-müəyyənliyi, eləcə də xarici ticarətdə ziddiyyətləri azaldacaq”.
B.Tüfenkçi qeyd edib ki, Türkiyə və Azərbaycan münasibətləri xalqların qardaşlığına əsaslanıb: “Bu, iqtisadi və diplomatik münasibətlərdən də üstündür”.
Nazir bildirib ki, iki dövlət, bir millət – Türkiyə və Azərbaycanın münasibətləri ən yüksək səviyyədədir və getdikcə möhkəmlənəcək.
Onun sözlərinə görə, dünya iqtisadiyyatında cari qeyri-sabit vəziyyət ölkələr arasında qarşılıqlı ticarətə də təsir göstərib:
"Türkiyənin Azərbaycana ixracı 2014-cü ildə 2,9 milyard dollar, 2015-ci ildə 2 milyard dollar, Azərbaycan məhsullarının idxalı isə müvafiq olaraq 291 milyon və 232 milyon dollar təşkil edib. Türkiyə 2014-cü ildə Azərbaycana 1,9 milyard dollar, 2015-ci ildə 276 milyon dollar, Azərbaycan isə Türkiyəyə müvafiq olaraq 884 və 839 milyon dollar investisiya yatırıb”.
B.Tüfenkci deyib ki, Türkiyə 2023-cü ilədək güclü iqtisadiyyata malik ölkələrin onluğuna düşməyə hədəflənib və bunun üçün 2002-2016-ci illərdə olduqca böyük yol qət edib:
“Türkiyə region ölkələri ilə ticarət əməliyyatlarını sadələşdirərək və təhlükəsizliyi artıraraq öz iqtisadiyyatını gücləndirmək istəyir. Bunun üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya, İran və Çinə qarşılıqlı hesablamaları milli valyutalarla aparmağı təklif edib. Bununla bağlı artıq danışıqlar aparılır. Bu ölkələrlə ticarətdə yerli valyutalara keçid Türkiyə xarici ticarətinin böyük hissəsini dollar və avrodan istifadə etmədən həyata keçirməyə imkan verəcək”.
Nazir qeyd edib ki, Rusiya bu təşəbbüsə müsbət reaksiya verib və rəsmi şəxslər bəyan ediblər ki, qısa müddətdə ticarətdə milli valyutaya keçid üçün addımlar atıla bilər:
“İran parlamentinin spikeri Əli Laricani də Ərdoğanın təklifini dəstəkləyib və bəyan edib ki, Tehran ticarətdə milli valyutaya keçməyə hər zaman hazırdır. Çin və Türkiyə arasında isə cari il noyabrın 26-da ilk valyuta mübadiləsi aparılıb. İnanırıq ki, yaxın vaxtlarda biz bu təşəbbüsdən müəyyən nəticələr əldə edəcəyik”.
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
5 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 7 saat əvvəl
- 7 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur












.jpg)






.jpg)


