Səudiyyə Ərəbistanı ABŞ-ın ən böyük neft emalı zavodunu tam aldı
ABŞ-ın ən böyük neft emalı zavodu "Port Artur"un tamamilə Səudiyyə Ərəbistanının milli neft şirkəti "Aramco"ya təhvil verildiyi bildirilib.
"Marja" xəbər verir ki, "Port Artur" neft emalı zavodunun sahibi "Motiva Enterprises" adlı şirkətin 50 faizinə nəzarət edən İngiltərə-Hollandiya şirkəti "Royal Dutch Shell"dən edilən açıqlamada, "Motiva Enterprises" şirkətindəki 50 faizi payın "Aramco"ya təhvil verilməsi prosedurların tamamlandığı bildirilib.
Beləliklə, gündəlik orta hesabla 600 min barellik xam neft emalı gücü olan və ABŞ-ın ən böyük neft emalı zavodu olan "Port Artur" ilə bölgədəki 24 dağıtım terminalı Səudiyyə Ərəbistanının "Aramco" şirkətinin nəzarətinə keçib.
"Royal Dutch Shell", mart ayında etdiyi açıqlamada, "Motiva Enterprises" şirkətinin və aktivlərinin "Aramco"ya 2,2 milyard dollara satılması üçün razılığa gəlindiyini bildirmişdi.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Mütəxəssislər, dünyanın ən böyük xam neft ixracatçısı olan Səudiyyə Ərəbistanın, gəlirlərini şaxələndirmək məqsədi ilə dünyanın ən böyük xam neft, maye yanacaq və neft məhsulları istehlakçısı olan ABŞ-da neft emalına fokuslandığını vurğulayırlar.
ABŞ Enerji İnformasiya İdarəsinin məlumatlarına görə, ötən il gündəlik orta hesabla 1,1 milyon barrellə Səudiyyə Ərəbistanı ABŞ-a ən çox xam neft ixrac edən ikinci ölkə olmuşdur. Kanada isə gündəlik orta hesabla 3,3 milyon barrellə ilk yeri tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


