Ən çox danışılan birləşmə üçün son imzalar da atıldı
"PSA Group"un səhmdarları, uzun illərdir danışıqları davam edən "Fiat-Chrysler" ilə birləşmək razılaşmasını imzalayıb.
Marja xəbər verir ki, bazar ertəsi günü, Fransa şirkəti PSA dünyanın ən böyük dördüncü avtomobil istehsalçısı olacaq "Stellantis"i yaratmaq üçün birləşməyi təsdiqləyib. Fiat və Chrysler səhmdarlarının da gün ərzində razılaşmanı təsdiqləməsi gözlənilir.
"Stellantis" bir çox seqmentdə önə çıxan bir şirkət olmağı hədəfləyir.
Şirkət Şimal Amerikanın qazanclı yük avtomobili və SUV seqmentlərindəki fəaliyyətini artırmağı hədəfləyir.
Avropa Birliyi (AB), "Fiat Chrysler Automobiles" ilə, Peugeot və Citroen markalarının bağlı olduğu Fransanın PSA şirkətinin birləşmək təklifinə dair, AB üzvü 14 ölkədə və İngiltərədə 3,5 tondan aşağı yük avtomobili və yüngül kommersiya avtomobilləri seqmentində rəqabətin azalmasına səbəb ola biləcəyini iddia edərək daha əvvəl istintaq başlatmışdı.
6 ay davam edən istintaqdan sonra AB, Fiat Chrysler və PSA birləşməsini dekabr ayında şərtli bir şəkildə təsdiqləmişdir.
Qeyd edək ki, birləşmənin məbləği 38 milyard dollardır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)






.jpg)






