Səudiyyə Ərəbistanından sürpriz neft qərarı
Səudiyyə Ərəbistanı gündəlik neft istehsalını əlavə 1 milyon barel azaladacaq. Səudiyyə Ərəbistanının Energertika naziri Selman OPEC+ ölkələrinin iqtisadiyyatlarını dəstəkləmək məqsədilə Səudiyyə Ərəbistanının fevral və mart aylarında könüllü olaraq neft istehsalında gündəlik 1 milyon barellik əlavə azaltmaya gedəcəklərini açıqlayıb.OPEC+ üzvlərinin arasında hasilatın azaldılmasının mövcud səviyyələrində davam etdirmək ya da hasilatı 500 min barelə qədər artırmaq variantları arasında fikir ayrılığı olduğu bir dövrdə Səudiyyə Ərəbistanı sürpriz bir qərar qəbul edib.
Marja xəbər verir ki, Səudiyyə Ərəbistanı fevral və mart aylarında gündəlik neft istehsalını əlavə 1 milyon barel də azaltmaq barədə qərar qəbul edib. Qərar neft istehsalını artırmaq istəyən üzvlərə marja təmin edir.
Səudiyyə Ərəbistanının Energetika Naziri Selman təşkil edilən mətbuat konfransında, enerji bazarlarının dəstəklənməsinin əhəmiyyətinə işarə edib.
Selman, OPEC+ ölkələrinin iqtisadiyyatlarını dəstəkləmək məqsədilə Səudiyyə Ərəbistanının fevral və mart aylarında könüllü olaraq neft istehsalında gündəlik 1 milyon barellik əlavə "ixtisara" gedəcəklərini açıqlayıb.
Səudiyyə Ərəbistanının açıqladığı əlavə azaltma ilə OPEC+ qrupunun gündəlik istehsalını azaltma miqdarları, fevralda 8 milyon 125 min barel, martda isə 8 milyon 50 min barel olacaq.
"Yeni il hədiyyəsi"
Rusiyan Baş nazirinin müavini Aleksandr Novak Səudiyyə Ərəbistanının qərarını "neft sənayesinə yeni il hədiyyəsi" olaraq xarakterizə edib.
Qərardan sonra ABŞ xam nefti 5% bahalaşaraq pandemiya başlayandan bu yana ilk dəfə 50 dolların üstünə keçib.
Həmçinin oxu
“OPEC plus” qərarını açıqladı - NEFT BAHALAŞDIMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 16 d. əvvəl
-
- 31 d. əvvəl
- 39 d. əvvəl
- 44 d. əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
20 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 9 GÜN
AZAL Bakıdan Dubaya uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
Belqrad və Bakı arasında birbaşa uçuşlar başlayıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir







.jpg)





.jpg)






