Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Dələduzlar bankların logo və adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər

iç səhifə xəbər başlığı altı (mobil)_31
Dələduzlar bankların logo və adlarından istifadə edərək kart məlumatlarını ələ keçirirlər
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Dələduzlar bank kartlarının məlumatlarını ələ keçirmək məqsədilə bankların logo və adından istifadə edərək oxşar saytlar yaradırlar. 

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, onlayn ödənişlər həyata keçirdikdə istifadəçilər daxil olduqları saytın rəsmi sayt olduğuna diqqət yetirməlidirlər.

Reklam_3_11

Aşkar olunan saxta saytlardan biri nümunə olaraq kapitalaze.com saytını qeyd etmək olar.

Mərkəz, kart məlumatlarının oğurlanmasının qarşısını almaq üçün bir neçə məqamlara diqqət yetirməyi tövsiyə edir.

İlk növbədə heç bir halda kartın arxa tərəfində qeyd olunan CVV kodu kənar şəxslərə bildirilməməlidir. Belə ki, bu məlumat heç bank ışçisi tərəfindən soruşulmur. 

CVV kod ancaq onlayn ödəniş etmək və ya balansdan başqa karta pul göndərmək üçün istifadə olunur.

İstifadəçinin kartına pul göndərilirsə, bu halda göndərən tərəfə pulu qəbul edənin CVV kodu tələb olunmur.  

Həmçinin telefona gələn 4 rəqəmli OTP kod kənar şəxslərə bildirilməməlidir. OTP kod göndərilən sms-də xərcin təyinatı və xərclənəcək məbləğ barədə məlumat olur. Bu məlumatlara diqqət yetirməlidir.

17.01.2021 13:00

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar