Azərbaycanda yeni mis-qızıl yatağı kəşf edilib
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining Plc" "Gədəbəy" müqavilə zonasının mərkəzi sahəsində "Zəfər" adlı yeni mis-qızıl yatağını kəşf edib.
Bu yataq regional kəşfiyyat sahəsinin xəritələşdirməsi nəticəsində kəşf edilib.
"Anglo Asian Mining"in baş icraçı direktoru Rza Vəziri bildirib ki, şirkət yeni kəşf üçün JORC təxminlərini hazırlamaq və faydalı qazıntıların kommersiya baxımından istismarının ən yaxşı yolunu müəyyənləşdirmək üçün lazımi işləri həyata keçirir:
"Yeniliklər barədə səhmdarlara xəbər verməyi səbirsizliklə gözləyirəm".
Şirkətin direktoru Stefan Vesthed isə qeyd edib ki, "Zəfər" yatağı porfir də daxil olmaqla müxtəlif dərinliklərdə üç anomaliyanı təyin edən ZTEM hava-geofizika proqramı nəticəsində ortaya çıxan yüksək prioritetli bir hədəfdir:
"İlkin qazma işləri geoloji xəritələşdirmə, geofizika məlumatları və struktur geologiya ilə müəyyənləşdirilən ərazilərə yönəldilib və ümumi uzunluğu 7 675 metr olan 12 qazma çuxuru tamamlanıb. Ümumilikdə, 25 kilometrə yaxın 10 profil xətti də yerüstü induksiyalı qütbləşmə üsulu ilə tamamlanıb. Üç minerallaşma zonası təyin edilib. Quyunun ən əhəmiyyətli kəsişmə yeri 113 metr dərinlikdədir və misin konsentrasiyası orada 0,5%, qızılın isə bir tona 0,7 qram təşkil edir. Minerallaşmanın qalınlığı və tərzi porfir tipli minerallaşma ilə uyğundur".
S. Vesthed əlavə edib ki, "Gədəbəy" geoloji qrupu gələcək iqtisadi qiymətləndirmə üçün yataqları inkişaf etdirmək məqsədilə oradakı minerallaşmanın davamlılığını qiymətləndirməyə davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
5 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
6 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
7 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























