Azərbaycanda ən çox bu qidadan zəhərlənmə olur
Müxtəlif səbəblərdən baş verən toksiki zəhərlənmələr həmişə narahatlıq doğuran məsələdir. İlin arxada qalan dörd ayında bu sahədə hansı hallar qeydə alındığını öyrənmək üçün Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudovla görüşüb. Baş həkim deyib:
-Bu ilin dörd ayında ən çox dərman zəhərlənmələri ilə əlaqədar müraciətlər daxil olub və 221 müraciətdən 140 nəfəri stasionar müalicəyə qəbul olunub. Dəm qazı ilə əlaqədar 123 müraciətin 84-ü, allergik reaksiyalarla əlaqədar 112 müraciətdən 76-cı, məişət kimyəvi zəhərlənmələri ilə əlaqədar 83 müraciətdən 46-sı, sirkə turşusu zəhərlənmələri ilə əlaqədar 41 müraciətdən 34-ü stasionar müalicəyə qəbul olunub. İlan sancması ilə əlaqədar cəmi 1 xəstə qəbul etmişik və bir neçə günlük müalicədən sonra sağalaraq evə qayıdıb. Dörd ayda ümumən xəstəxanaya daxil olan 470 xəstə müraciətindən 380 nəfəri stasionar müalicəyə qəbul edilib və yalnız 4 xəstəni həyata qaytarmaq mümkün olmayıb.
-Toksiki zəhərlənmələrdə ilkin yardım kimi hansı üsullardan istifadə etmək olar?
-Dərman zəhərlənmələri zamanı mədəni su ilə yumaq və ya imalə etmək ən yaxşı çıxış yoludur. Sirkə turşusu ilə zəhərlənmələrdə isə bu üsul özünü doğrultmur və əksinə, daha da fəsadlaşmaya səbəb olur. Həkim gələnə qədər göstərilən ilkin yardımlardan biri də qara kömür həbi qəbul edilməsidir. Dəm qazı ilə zəhərlənmə isə bir qədər spesifik xarakter daşıyır. Əgər zəhərlənən huşunu itməyibsə, onu təmiz havaya çıxarmaq, isti çay və ya qaynar su içirmək məsləhətdir. Huşu özündə olmayanda isə boğulmaması üçün ağız boşluğunu selikdən təmizləmək və açıq havaya çıxarıb həkimə çatdırmaq lazımdır.
-Yay mövsümü daha çox hansı müraciətlər olur?
-Yayda əsas müraciətlər əsasən göbələklə zəhərlənmələr və ilan sancması ilə əlaqədar olur. Əvvəla, zəhərli göbələklə sağlam göbələyi ayırd etmək çox çətindir. İkincisi, bir səbət sağlam göbələyin içərisində bir ədəd zəhərli göbələyin olmağı kifayətdir ki, bişərkən parçalanaraq yerdə qalanları da zəhərləsin. Göbələk zəhərlənməsi birinci iki gündə başağrısı, qarın nahiyəsində narahatlıq verir, sonrakı gündə ağrılar o qədər intensiv xarakter alır ki, bəzən həkim briqadası özünü çatdıranda iş-işdən keçmiş olur. İlan sancması zamanı isə ilkin yardım dərhal həmin nahiyəni sarımaq və onun üzərinə buz parçası qoymaqdan ibarətdir. Bütün hallarda xəstəni dərhal, mümkün qədər tez müalicəxanaya çatdırmaq lazımdır.
-Kadrların ixtisaslarını təkmilləşdirməsi, müasir texnologiya və müalicə üsullarından xəbərdar olması üçün hansı tədbirlər görülür?
-Toksikologiya şöbəsinin həkimləri vaxtaşırı olaraq müxtəlif ölkələrdə keçirilən konfrans, simpozium və treninqlərdə iştirak edirlər. Son vaxtlar onlar Almaniya, İngiltərə və Türkiyədə, eləcə də postsovet ölkələrində, o cümlədən Moskva, Sankt-Peterburq, Kiyev, Almatı şəhərlərində keçirilən tədbirlərdə olublar. 2 aparıcı həkim Almaniyada, 4 həkim isə Türkiyədə uzunmüddətli kurslarda iştirak ediblər. Sentyabrda daha iki həkim Türkiyədə keçirilən kursa göndəriləcəkdir.
© Azərtac
Müştərilərin xəbərləri
“McDonald’s Azərbaycan” və DSMF şəhid və qazi övladları üçün Novruz bayramı tədbiri təşkil edib - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 saat əvvəl
-
2 saat əvvəl
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
-
- 4 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Google süni intellekt əsaslı “Search Live” funksiyasını qlobal miqyasda istifadəyə verdi
-
9 saat əvvəl
Tramp İranın enerji obyektlərinə hücumları 10 gün müddətinə dayandırdı
-
18 saat əvvəl
Rystad Energy: Qlobal neft hasilatı pandemiya səviyyəsindən də aşağı düşüb
-
18 saat əvvəl
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
-
19 saat əvvəl
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
- 19 saat əvvəl
-
1 gün əvvəl
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bayramovla Mirzoyan arasında telefon danışığı aparılıb
Sinqapur qızıl ticarətində regional mərkəz olmağı hədəfləyir
Martın 28-də gözlənilən hava şəraiti
VTB Bankın rəhbəri Rusiya Mərkəzi Bankın faiz dərəcəsinin tədricən azalacağını proqnozlaşdırır
İranda yaşı 12-dən yuxarı olan könüllülər üçün səfərbərlik çağırışı
“Qlobal ticarət son 80 ilin ən ciddi böhranı ilə üz-üzədir”
KİV: İran ABŞ-ın 15 maddəlik razılaşma təklifinə cavabı rəsmi şəkildə qarşı tərəfə göndərib
Neft qiymətləri yüksəlir - BU GÜN 4%-DƏN ÇOX BAHALAŞDI
ABŞ və İsraillə müharibə aparan İranın neft gəlirləri artıb
Tramp: İran gec olmadan ABŞ-ın təklifinə ciddi yanaşmalıdır
Martın 27-də gözlənilən hava şəraiti
























