“Anglo Asian Mining” 2020-ci il üzrə xüsusi dividendlər ödəyəcək
Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo Asian Mining Plc." şirkəti 31 dekabrda yekunlaşmış 2020-ci il üçün hər bir adi səhm üzrə 1,5 ABŞ senti həcmində xüsusi dividendlər ödəyəcək.
Bu barədə şirkətin rəsmi saytında məlumat verilib.
Məlumata görə, bu xüsusi dividendlər səhmdarlara xüsusən də əvvəllər işğal olunmuş Azərbaycan ərazilərində aktivlər portfelini inkişaf etdirmək və gələcək potensial imkanlardan istifadə etmək üçün kifayət qədər nağd ehtiyat saxlayarkən davamlı dəstəyi üçün verilir.
Xüsusi dividendlər 12 fevral 2021-ci il tarixinə səhmdarlar qeydlərində qeydiyyatdan keçmiş səhmdarlara 11 martda tam olaraq ödəniləcək. Dividendlər nağd şəkildə ödəniləcək və şirkət qiymətli kağızlar və ya digər dividendlərin reinvestisiya planı təklif etməyəcək.
Dividendlər İngiltərə Bankı tərəfindən dərc etdiyi məzənnədən istifadə edərək 15-19 fevral tarixləri arasında hər gün 16:00-da orta bağlanma qiymətindən istifadə edərək funt sterlinqə konvertasiya ediləcək.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51 %, "Anglo Asian Mining Plc." şirkətinin payı 49 % təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanılıb.
“Gədəbəy” bir-birinə inteqrasiya olunmuş mədənləri olan açıq mədəndir. Şirkət ərazidə yerləşən “Qadir” və “Gədəbəy” yatağından 50 km aralıdakı “Qoşa” yeraltı mədənində, yeni kəşf olunan "Uğur" yatağında da hasilatla məşğuldur.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























