Avro, funt və qızıl ucuzlaşa, Lirə daha da bahalaşa bilər
Amerikanın xidmət sektoruna dair fundamental göstəricilərin müsbət dərc edilməsindən sonra EUR/USD və GBP/USD məzənnələri daha da ucuzlaşıb.
Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın əmək bazarı ilə bağlı önəmli statistik məlumatlar açıqlanacaqdır və işsizlik müavinətlərin sayında azalma proqnozlaşdırılır. Bu reallaşarsa, avro və funtun dollara nisbətən məzənnələri daha da ucuzlaşa bilər.
Əlvan metallar bazarlarında da qızılın dollara nisbətən qiyməti də ucuzlaşmaqdadır və ucuzlaşma dalğasının sürətlənəcəyi ehtimal edilir.
USD/TRY məzənnəsi isə 7.08TL-yə kimi ucuzlaşdıqdan sonra 7.16TL-yə kimi korreksiya edib və ucuzlaşmanın davam edə, yəni lirə daha da bahalaşa bilər.
Lirə ilə yanaşı, kriptovalyuta birjalarında bitkoin də dəyər qazanmaqdadır. Hazırda 37700$-ın üzərində təklif edilən BTCUSD məzənnəsi, 38380$-ın qırılması ilə 42112$-a kimi dəyər qazana bilər. Tarixi maksimumlarını 1693$ ilə yeniləməkdə davam edən eteryumun yanında, riplin də 0.33$ dəstək səviyyəsinin üzərində ticarət edilməsi, investorlar üçün yaxşı imkanlardan xəbər verir. XRPUSD məzənnəsi üzrə önəmli müqavimət səviyyələri isə 0.43, 0.48 və 0.58$-dır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb














.jpg)





