Avro, Funt ucuzlaşa, Lirə və neft başlaya bilər
Maliyyə bazarlarında son vəziyyət - 08.02.2021EUR
Amerikanın əmək bazarına dair fundamental göstəricilərin proqnozlaşdırılandan zəif açıqlanması, özünü EURUSD məzənnəsinin bahalaşması ilə də göstərib. Lakin investorlar Amerika iqtisadiyyatının gələcəyinə dair nikbin olaraq qalır və avroda bahalaşma korrektiv qiymətləndirilir. Bununla yanaşı, ABŞ-da hökümətin yeni korona yardım paketinin ay ərzində qəbul olunması gözləntiləri də fundamental göstəricilərin yaxşılaşmasında səbəb ola bilər.
Təhlillərə əsasən, EUR 1.20$-ın qırılması ilə yenidən ucuzlaşmağa başlaya bilər.
GBP
GBP/USD məzənnəsində də mənzərə eynidir və burada treyderlər 1.3674 səviyyəsinin qırılmasını gözləyirlər. Bu, baş verərsə, ucuzlaşma son bir ayın minimumlarına kimi davam edə bilər.
Cümə günü Bakı vaxtı ilə saat 11:00-da İngiltərənin iqtisadi inkişaf, sənaye və xarici ticarət ilə əlaqədar dərc ediləcək göstəriciləri də diqqət mərkəzindədir.
TRY
Lirənin bahalaşma dalğasında zəifləmə müşahidə edilsə də 6.96 və 6.88TL-yə kimi davam edəcəyi proqnozlaşdırılır.
Bu həftə Türkiyədən də önəmli fundamental göstəricilər yayımlanacaqdır. Bazar ertəsi saat 11:00-da işsizlik və cümə günü sənaye və pərakəndə satış dövriyyəsi ilə bağlı statistik məlumatlar.
OIL
Enerji birjalarında Avropanın Brent neftinin bir barel qiyməti dəyər qazanmaqda davam edir və trendin 62$-a kimi davam edəcəyi ehtimal edilir.
Çərşənbə günü saat 19:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD
Əlvan metallar bazarlarında da qızılın qiyməti müqavimətlə rastlaşır və 1806$-ın (58.1 $/qram) qırılması növbəti dəstək səviyyələrinin qırılması üçün önəmli olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qubada Regional Biznesin İnkişafı və Rəqəmsallaşma Sammiti keçiriləcək - TARİX
-
3 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin 2-ci mərhələsi başa çatıb
-
3 saat əvvəl
Unibank enerji effektivliyi üzrə EMTA ilə əməkdaşlıq müqaviləsi imzaladı
-
3 saat əvvəl
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb
Ən çox oxunanlar
Bakıda 2-ci “Popeyes” restoranı açılır
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Bakıda qarajların orta qiyməti martda 5 %-ə yaxın artıb





















