Avro və funtun yenidən ucuzlaşa biləcəyi proqnozlaşdırılır
Amerikada hökümətin müxalifətlə 1.9 trilyon dollarlıq yeni korona yardım paketi ətrafında müzakirələrin davam etməsi, dünya birjalarında ticarət aktivliyinin azalmasına səbəb olub. Hazırda EUR/USD və GBP/USD məzənnəsi son iki həftənin maksimum səviyyələrinə ticarət edilirlər. Lakin texniki mənzərə ilə tanış olduqda, avro və funtun yenidən ucuzlaşa biləcəyini proqnozlaşdırmaq üçün əsasların da yarandığı müşahidə edilir. Bununla yanaşı, bu gün FED-in monetar siyasət toplantısı protokolun yayımlanması da investorların diqqət mərkəzindədir.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti artıq müqavimətlə rastlaşaraq ucuzlaşıb və korreksiyanın davam edəcəyi ehtimal edilir.
USD/JPY məzənnəsi də güclü dəstək görməkdədir və bu, yenin yenidən bahalaşa, dolların ucuzlaşa biləcəyi ehtimallarını da artırıb, USD/TRY məzənnəsi isə gələn həftə TCMB tərəfindən açıqlanacaq növbəti faiz qərarı öncəsi yarım ilin minimumlarında dalağalanmaqdadır və burada lirənin daha da bahalaşacağı, dolların daha da ucuzlaşacağı proqnozlaşdırılır.
Kriptovalyuta birjalarında Bitkoin yeni tarixi maksimumlarından sonra korreksiya edərək, hazırda 45000$ ətrafında təklif edilir və bundan sonra əlavə olaraq 54100$-a kimi dəyər qazana bilər. Ripldə isə son 50%-lik bahalaşma trendinin 0.58$-a kimi davam edəcəyi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 22 saat sonra
- 15 d. əvvəl
-
-
20 d. əvvəl
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
- 35 d. əvvəl
- 56 d. əvvəl
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
1 saat əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
2 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
Azərbaycanda inflyasiya cüzi yavaşlayıb
Ən çox oxunanlar
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti





.jpg)
.jpg)






.jpg)




