İtaliyanlar Qarabağın inkişafı ilə bağlı göstərə biləcəkləri xidmətləri təqdim ediblər
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində şəhərsalmanın planlaşdırılması, bərpa və yenidənqurma layihələri üzrə əməkdaşlıq imkanları müzakirə edildiÖlkəmizin işğaldan azad olunmuş ərazilərinin bərpası və inkişafı sahəsində İtaliya iş adamları ilə əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 22 fevral tarixində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin birgə təşkilatçılığı ilə video-formatda görüş təşkil edilmişdir.
Komitədən Marja-ya daxil olmuş məlumagtda bildirilir ki, görüşdə çıxış edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev ölkələrimiz arasında yaxın dostluq və strateji tərəfdaşlıq ənənələrinə toxunaraq, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun ərazilərimizi Ermənistan işğalından azad etmək məqsədilə uğurlu hərbi əməliyyatları zamanı İtaliyanın əsl dost mövqeyini bir daha nümayiş etdirdiyini xüsusi vurğuladı. Qeyd olundu ki, ölkəmizin ərazi bütövlüyünün bərpası ilə nəticələnən 44 günlük müharibədən sonra İtaliya Respublikasının yüksək səviyyəli rəsmilərinin ölkəmizə səfərləri çərçivəsində səsləndirdikləri fikirlər də bunun bariz nümunəsidir.
Anar Quliyev, işğaldan azad olunmuş ərazilərin inkişafı sahəsində əməkdaşlıq üçün dost ölkələrdən olan şirkətlərə üstünlük veriləcəyi barədə Azərbaycan Respublikası Prezidentinin açıqlamasını rəhbər tutaraq bildirdi ki, Azərbaycan-İtaliya əməkdaşlığının bundan sonra da yüksələn xətt üzrə inkişaf etdirilməsi üçün bu gün yeni əlverişli mühit formalaşmışdır. Komitə sədri Qarabağ regionunda şəhərsalmanın planlaşdırılması, zəngin tarixi-memarlıq irsimizin bərpası və yenidənqurma işlərində İtaliya təşkilatlarını iştirak etməyə dəvət etdi.
Görüş çərçivəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Mədəniyyət Nazirliyinin nümayəndələri Qarabağın yaşayış məntəqələrinin baş planlarının hazırlanması və tarixi-memarlıq abidələrinin bərpası və restavrasiyası sahəsində görülən işlər və əməkdaşlıq imkanlarına dair təqdimatlarla çıxış etdilər.
Daha sonra, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dəvəti ilə görüşdə iştirak edən bir sıra dövlət təşkilatının və iş adamlarını təmsil edən assosiasiyalarının təmsilçiləri çıxış edərək fəaliyyətləri və Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin inkişafı ilə bağlı göstərə biləcək xidmətlər barədə ümumi məlumat verdilər. Belə ki, görüşdə İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin rəsmiləri ilə yanaşı “ICE” – İtaliya Ticarət Agentliyinin, “OICE” – İtaliyanın memarlıq, mühəndislik və texniki-itisadi konsaltinq şirkətləri assosiasiyasının, “Assorestauro” – İtaliyanın memarlıq, incəsənət, restavrasiya və şəhər bərpası üzrə assosiasiyasının, “Confindustria” – İtaliyanın sənaye və xidmət şirkətləri assosiasiyasının, “SACE” – İtaliya İxrac-Kredit Agentliyinin, “ANCE” – İtaliyanın Milli İnşaatçılar Assosiasiyasının və “Elettricita Futura” – İtaliyanın elektrik enerjisi şirkətləri assosiasiyasının təqdimatları edildi, mümkün əməkdaşlıq istiqamətləri müzakirə olundu.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 saat sonra
-
19 d. əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 1 saat əvvəl
-
3 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
-
4 saat əvvəl
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
SOCAR Türkiyədə elektrik stansiyası satın alımasının səbəbini açıqlayıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Ən çox oxunanlar
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu



















