Apple irimiqyaslı cərimələr ilə üz-üzə!
Qlobal texnologiya nəhəngi Apple antiinhisar qanunvericiliyinin pozulmasına görə irimiqyaslı cərimələr təhlükəsi ilə üz-üzədir.Apple üçün böyük təhlükələrdən biri Avropa bazarında yaranıb. Marjanın araşdırmalarına görə, musiqi məhsullarının yayımında ixtisaslaşmış Spotify şirkətinin App Store-a qarşı şikayətindən 2 il sonra, Avropa İttifaqı nəhayət məsələni daha ciddi araşdırmaq qərarına gəlib.
Əgər araşdırmalar öz rəsmi təsdiqini tapsa, bu, Avropa İttifaqının antiinhisar qanunvericiliyi ilə bağlı Apple-a qarşı ilk ciddi hüquqi proseduru olacaq və Iphone markalı telefonların qlobal istehsalçısına App Store-u idarə etmək qaydasını dəyişdirmək üçün ciddi təzyiq vasitəsinə çevriləcək.
Spotify iddia edir ki, Apple şirkəti onun məhsullarının App Store-da yerləşdirilməsinə və Iphone mobil telefon istifadəçilərinin App Store vasitəsilə Spotify-da hesab açmasına görə Spotify-ın öz abunəçilərindən aldığı xidmət haqqının 30%-ni komissiya kimi tutur. Apple özünün musiqi xidməti olan Apple Music-ə isə belə 30%-lik komissiya tətbiq etmir. Nəticədə Apple Music Spotify-ı qiymət rəqabətində haqsız olaraq üstələyir.
Həmçinin, Apple-ın hazırkı qaydalarına əsasən, App Store-da ödənişli rəqəmsal kontent təqdim edən tətbiqi proqram və xidmət şirkətləri öz istifadəçilərindən ödənişləri yalnız Apple-ın tətbiq etdiyi daxili ödəniş sistemi vasitəsi ilə qəbul etməlidirlər. Bu zaman onlar istifadəçilərə Apple Store-dan kənar vasitələrlə qeydiyyatdan keçib daha az xidmət haqqı ödəmək imkanını reklam edə bilmirlər. Belə olan halda istifadəçilər Apple Store-un birbaşa təklif etdiyi xidmətlərə və mobil tətbiqetmələrə üstünlük verirlər, çünki qiymət daha sərfəlidir.
Bu yaxınlarda məşhur Fortnite onlayn video oyununu işləyib hazırlayan Epic Games şirkəti Apple-ın onun istifadəçilərini öz daxili ödəniş sisteminə istiqamətləndirməsini əsas gətirərək, bu oyunun App Store-da təklifini dayandırıb və rəqabət qaydalarının pozulması şikayəti ilə Avropa İttifaqında məhkəmə iddiası qaldırıb.
Qlobal miqyasda antiinhisar qaydalarının pozulmasına görə üzləşdiyi problemlər Apple-ın ən sürətlə böyüyən və ən gəlirli biznes sektoruna ciddi təhlükə yarada bilər. Özündə musiqi və video, bulud texnologiyaları (cloud) üzrə xidmətlər, oyunlar və getdikcə artan fərqli əlavələr cəmləşdirən App Store hazırda Iphone mobil telefonlarının satışından sonra Apple-ın ikinci ən böyük gəlir mənbəyidir, təkcə ötən ilin ilk doqquz ayında bu platforma vasitəsilə satışlardan daxilolmalar 15.7 milyard dollar təşkil edib.
Avropa İttifaqının ardınca Böyük Britaniyanın Bazarlara Nəzarət və Rəqabət Qurumu da Apple-ın Apple Store-da öz hökmran mövqeyindən su-istifadə edərək mobil tətbiqetmə şirkətlərinə haqsız və qeyri-bərabər qaydalar qoyması iddiaları əsasında yoxlamalara başlayıb. Qurumun rəhbəri Andrea Kosçellinin fikrincə: “Aplle-ın bazardakı mövqeyindən istifadə edərək ədalətsiz olan və rəqabət və seçim imkanlarını məhdudlaşdıran şərtlər diktə etməsi və nəticədə müştərilərin tətbiqi proqramları alarkən və istifadə edərkən daha çox pul itirməsi barədə iddialar kifayət qədər ciddidir və əsaslı araşdırılmasına ehtiyac vardır.”
Apple daha öncə bu iddialarla bağlı bəyan edib ki, onun sistemi müştərilər üçün təhlükəsizlik və gizlilik təmin edir, həmçinin, bu zaman müstəqil mobil tətbiqetmə proqramçılarına Spotify və Epic Games kimi böyük şirkətlərin tətbiq etdiyi bənzər alətlərə çıxış imkanı da verir.
Yenicə başladılan yoxlamalar və hüquqi prosedurlarla bağlı Avropa Komissiyası açıqlama verməkdən imtina edib, Apple-dan isə açıqlama almaq hələlik mümkün olmayıb. Hadisələrin növbəti gedişatı proseslərin hansı məcrada gedəcəyinə və qlobal texnologiya nəhənginin hansı növ maliyyə sanksiyalarına məruz qalacağına aydınlıq gətirəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 47 d. əvvəl
- 53 d. əvvəl
-
-
1 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
16 saat əvvəl
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
-
18 saat əvvəl
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
-
18 saat əvvəl
“City Garden Narimanov”da geniş mənzil seçimləri və rahat yaşayış imkanı
- 18 saat əvvəl
- 18 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib
Ən çox oxunanlar
“Azeronline”-a yeni Baş müdir təyin edilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Prezident, birinci xanım və ailə üzvləri İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak ediblər
Mərkəzi Banka 10-cu baş direktor təyin edilib
Azərbaycanda ilk dəfə iki elektron pul təşkilatı “Açıq bankçılıq” ekosisteminə qoşulub







.jpg)







.jpg)






