Proqnoz: Trampın yeni vergi siyasəti dolları daha 15% bahalaşdıracaq
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın yeni vergi siyasəti dünya bazarında dolların 15% möhkəmlənməsi ilə nəticələnə bilər.
"Vestifinance.ru" saytı xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Bank"ının hesabatında məlumat verilib.
Bankın analitiklərinin fikrincə, vergitutmada baş verəcək dəyişikliklər ABŞ-da idxal rüsumlarının korporativ vergilər səviyyəsinə yüksəlməsinə, ixrac rüsumlarının isə ləğv edilməsinə səbəb olacaq. Nəticədə, ABŞ-ın dünya ölkələri ilə ticarət münasibətləri dəyişəcək. Bu plan həyata keçirilərsə, dolların məzənnəsi ciddi şəkildə möhkəmlənəcək.
Analitiklər hesab edirlər ki, bu addımlar idxal qiymətlərinin 20% artmasına, o da öz növbəsində ABŞ-da inflyasiyanın 5 faiz bəndi yüksəlməsinə gətirib çıxaracaq. Vergitutma siyasətində dəyişiklik ABŞ-ın xarici ticarət balansında kəsirin ən azı 2 faiz bəndi azalmasına səbəb olacaq. Ticarət balansının yaxşılaşması və rəqabət qabiliyyətinin artması dolların məzənnəsinin möhkəmlənməsi ilə müşayiət olunacaq. Yeni vergilər nəticəsində baş verəcək qiymət dəyişiklikləri ancaq dolalrın 15% möhkəmlənməsi ilə kompensasiya oluna biləcək. Təbii ki, ABŞ Federal Ehtiyat Sisteminin (FES) monetar siyasəti və beynəlxalq ticarət münasibətlərinin dəyişməsi dolların məzənnəsini daha da gücləndirəcək. Təbii ki, vergitutmanın hansı malları və sahələri əhatə edəcəyi hələ məlum deyil.
Qeyd edək ki, əgər ABŞ-ın vergi siyasətində dəyişiklik baş tutarsa, dolların əsas rəqibi sayılan avronun məzənnəsi 0,85 USD/EUR-a geriləyə bilər.
©Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 4 d. əvvəl
- 6 d. əvvəl
- 7 d. əvvəl
- 10 d. əvvəl
- 11 d. əvvəl
- 12 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Ən çox oxunanlar
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
"Sizin Lombard"ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır







.jpg)










