Bir texniki yanlışlığa görə 900 milyon dollar itki!
City Bank hələ də pullarını geri ala bilmir.ABŞ bankları ötən il belə bir acı təcrübə ilə üzləşən maliyyə nəhəngi City Bankın aqibətini yaşamamaq üçün kredit müqavilələrində yeni hüquqi şərtlər tətbiq edir. Marja xəbər verir ki, ötən ilin avqustunda City Bank əməkdaşının yol verdiyi texniki səhv nəticəsində kosmetik məhsullar istehsalçısı Revlon şirkətinin kreditorlarına 2023-cü ilə qədər hissə-hissə ödənilməli olan 900 milyon dollarlıq vəsaitin hamısı birdən ödənilmişdir.
Revlonun kreditorlarla münasibətlərində kredit agenti kimi çıxış edən City Bank iki yanlışlığa birdən yol vermişdi: həm Revlonun deyil, bankın öz daxili hesablarından vəsait ödəmiş, həm də təkcə kredit faizi (7,8 milyon dollar) əvəzinə bütün kredit məbləğini qaytarmışdır.
Bəzi kreditorlar City-nin yanlışlıq nəticəsində ödənilmiş vəsaitin geri qaytarılması tələbinə əməl etsə də (təxminən 385 milyon dollar City Banka geri qaytarılıb), digərləri, o cümlədən City Bankın əsas müştərilərindən olan Brigade və HPS Investment Partners bunun kreditin qabaqcadan geri ödənişi olduğunu iddia edərək, vəsaitləri qaytarmaqdan imtina edib.
Nyu-York məhkəməsi City Bankın hələ ötən ildən 10-dan artıq şirkətə qarşı qaldırdığı məhkəmə iddiasını rədd edərək, bu il fevralın 17-də çıxardığı qərarda bildirib: “Nyu-York ştatının qanunvericilik sistemində mövcud olan hüquqi istisnaya əsasən, bank hesabına vəsait daxil olan hüquqi şəxs bunun yanlışlıq olduğunu hesab etmirsə və bu barədə vəsaitləri göndərən tərəf rəsmi bildiriş təqdim etməmişdirsə, həmin vəsaitlər üzərində tam hüquqa malikdir”.
Hələ də 500 milyon dollar vəsaiti geri qaytara bilməyən City Bank başda olmaqla Wall Street bankları texniki yanlışlıq nəticəsində ödənilən vəsaitlərin dərhal geri qaytarılmasını tələb etməyə imkan verən hüquqi bəndləri yeni kredit müqavilələrində daxil edirlər. Bir sıra iri şirkətlər, o cümlədən JP Morgan bankının müştəriləri, tikinti materialları istehsalçısı Eagle Materials və sənaye avadanlıqlarını təchiz edən Mesa Laboratories, eləcə də City Bankın müştərisi Petco da analoji maddələri müqavilələrə daxil etməyə başlayıb.
Kredit tədqiqatları şirkəti Covenant Review-in aparıcı analitiki Castin Forlenza qeyd edir ki, 2021-ci il başlayandan etibarən banklar tərəfindən ən azı 10 yanlış ödənişə yol verilmişdir, bunlardan bəziləri də məhkəmə mübahisələri ilə nəticələnir. Bu səbəbdən, müqavilələrə müvafiq bəndlərin salınması belə hallardan və maliyyə itkilərindən qaçınmağa kömək edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
-
- 8 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başladı
Bu bank pulunuza illik 12% gəlir təklif edir
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
Ən çox oxunanlar
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi
Əraqçi İranın son sülh təşəbbüsləri barədə Bayramova məlumat verib







.jpg)



.jpg)




