“TCF” BOKT zərərdən mənfəətə keçib, kredit portfeli və gəlirləri kəskin artıb
“TCF” BOKT Açıq Səhmdar Cəmiyyəti 2020-ci ili 88 min 293 manat xalis mənfəət ilə başa vurub. Halbuki, BOKT 2019-cu ili 132 min 80 manat zərər ilə bağlamışdı.
Marja “TCF” BOKT-ın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə 24 min 967 manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 21 dəfədən çox artaraq 528 min 356 manat olub.
2019-cu illə müqayisədə 2020-ci ildə müştərilərə verilmiş kreditlər 4 dəfəyə yaxın artaraq 2 milyon 747 min 815 manata çatıb.
31 Dekabr 2020-ci il tarixində “TCF” BOKT 3 milyon 159 min 937 manat cəmi aktivlərə malik olub. Təşkilat 2019-cu ilin sonunda 729 min 248 manat cəmi aktivlərə malik idi.
Ötən il “TCF” BOKT-ın maliyyə sektoru qarşısında öhdəlikləri 105 dəfə artaraq 2 milyon 103 min 21 manata yüksəlib.
Ötən ilin sonunda TCF” BOKT-un nizamnamə kapitalı 450 min manat təşkil edib.
2010-cu ildə yaradılmış "TCF" Bank Olmayan Kredit Təşkilatı 100% Tahir Rəhimova məxsusdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
5 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
- 8 saat əvvəl
-
8 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"





















