Səhiyyə Nazirliyi "böyük tortu" bölüşdürdü
Səhiyyə Nazirliyi 57 milyon manatlıq dərman və tibbi ləvazimatların alınmasını bölüşdürübSəhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi publik hüquqi şəxsi "Müalicə profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərmanların, immunoloji preparatların, narkoz və narkotik maddələrin, tibbi təyinatlı ləvazimatların, diaqnostik və labarator materialların və digər tibbi təyinatlı vasitələrin satınalınması" üzrə tenderə yekun vurub.
Marja xəbər verir ki, qalib şirkətlər AvroMed Company QSC, M-Complex MMC, Zeytun Pharmaceuticals MMC, Fuad-Kimya Servis MMC, Albatros Heltkeyr MMC və Labservis LTD MMC-dir.
Qalib şirkətlər ilə ümumi məbləği 57 milyon 334 min manat olan müqavilələr imzalanıb. Ən iriməbləğli müqavilələr AvroMed Company QSC və Zeytun Pharmaceuticals MMC ilə imzalanıb.
Şirkətlər üzrə:
1. AvroMed Company QSC (Lot 1 – Şəkərli diabet üzrə Dövlət Proqramına uyğun nəzərdə tutulmuş dərman və tibbi ləvazimatların satınalınması) - 29832895.7 AZN
2.M-Complex MMC (Lot 3 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması) - 264247.41 AZN
3. Zeytun Pharmaceuticals MMC (Lot 3 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş dərman və tibbi təyinatlı vasitələrin satınalınması) - 19158724.31 AZN
4.Fuad-Kimya Servis MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) - 3678819.95 AZN
5. Albatros Heltkeyr MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) - 850381.09 AZN
6. Labservis LTD MMC (Lot 4 – Müalicə-profilaktika müəssisələrinin təminatı üçün zəruri olan və bəzi Dövlət və Tədbirlər proqramlarına uyğun nəzərdə tutulmuş diaqnostik, laborator və digər tibbi təyinatlı vasitələrin, ləvazimatların və materialların satınalınması) - 3548549.36 AZN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 gün sonra
-
13 saat əvvəl
Azərbaycanda 2 ayda dövlət xətti ilə 22 milyon manatdan çox ipoteka krediti verilib
-
-
14 saat əvvəl
Azərbaycanda problemli kreditlərin məbləği mütləq ifadədə son bir ildə 17 % artıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
- 15 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıya yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq
"Dongfeng Azərbaycan" avtomobil bazarının qaydalarını dəyişir
Unibank 5 nominasiya üzrə qalib olub
Azərbaycanda nağdsız əməliyyatların həcmi 15 faiz artıb - 8,2 MİLYARD MANATLIQ ÖDƏNİŞ
Ən çox oxunanlar
Fevralda ödəniş kartlarının sayı 191 min ədəd artıb
Qanlı Göl yeni layihə əsasında abadlaşacaq
MİDA-da yeni təyinat olub
Ticarət şəbəkələrinin açıq məkanda reklamların yerləşdirilməsi ilə bağlı çətinlikləri var
Bank sektorunda, o cümlədən kreditlərdə cüzi artım olub
2 ayda banklar 190 milyon manata yaxın xalis mənfəət əldə ediblər
Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
Bank sektorunda son vəziyyət açıqlandı - YENİ RƏQƏMLƏR















