"Fed lazım olan müddət qədər iqtisadiyyatı dəstəkləyəcək"
ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, "Fed, lazım olduğu müddətdə iqtisadiyyatı dəstəkləməyə davam edəcək" deyib.ABŞ Mərkəzi Bankının (Fed) sədri Jerome Powell, Fed-in Mart ayı yığıncağının ardından keçirdiyi mətbuat konfransında, "Fed, lazım olduğu müddətdəcə iqtisadiyyatı dəstəkləməyə davam edəcək" deyib.
Marja xəbər verir ki, "ən pis iqtisadi proseslərin bəzilərinin qarşısı alındı" deyən Powell, "İqtisadi göstəricilər son dövrdə yüksəlib, ancaq iqtisadiyyatın izləyəcəyi yol böyük miqyasda koronavirusa bağlıdır" şəklində danışıb.
Powell, "İqtisadi yığışma enişli-yoxuşlu olmağa davam edir və yığışma tamamlanmaqdan olduqca uzaqdır. İnflyasiyanın bir müddət 2%-in üzərinə çıxmasına icazə verəcəyik. İnflyasiyada müvəqqəti artım faiz artırmağı tələb etməz. Peyvəndləmə daha normal zamanlara qayıtmaq üçün ümid verir" deyib.
İqtisadiyyatın inflyasiya və məşğulluq hədəflərindən çox uzaqda olduğunu söyləyən Powell, "Bu səbəbdən pul siyasəti dəstəkləyici qalmağa davam edəcək. İstiqraz alışında ola biləcək azaltma qərarından çox əvvəl ünsiyyətini aparacağıq, ancaq indi istiqraz alışlarını azaltmağı danışmaq üçün doğru zamanda deyilik" ifadələrini istifadə edib.
Powell, "Fed üzvlərinin böyük əksəriyyəti faizin artırılmasını nəzərdə tutmur. Bir faiz artırılması qərarı çox uzaqdadır",- deyib.
Qeyd edək ki, Fed-in bugünkü faiz qərarından sonra ABŞ dolları ucuzlaşıb. Avro/Dollar məzənnəsi 0,6% artaraq 1.1970 səviyyəsinə, qızılın unsiyasının qiyməti isə 1%-dən çox artaraq 1748 dollara qalxıb.
Həmçinin oxu
Fed faiz qərarını açıqladıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 43 d. əvvəl
- 1 saat əvvəl
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Subasma nəticəsində 18 135 AZN zərərə uğramış mənzilin xərci qarşılanıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
3 saat əvvəl
Neft Trampın İrana təhdidlərini artırmasından sonra yenidən bahalaşıb
- 3 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Un istehsalçılarının topdansatış qiymətləri açıqlanıb
“AzInTelecom” IV Vergi və Mühasibatlıq Zirvəsində - VİDEO
Premium Bank 3 mühüm nominasiya üzrə mükafatlandırılıb
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Ən çox oxunanlar
“Qaradağ Tikinti Materialları”na yeni investorların cəlb edilməsi, fəaliyyətinin genişləndirilməsi nəzərdə tutulur
15 tələbə Azercell-dən təqaüd qazandı
“İran bir gecədə yox edilə bilər və o gecə sabah gecə ola bilər”
İran ABŞ-ın atəşkəs təklifini rədd edərək münaqişənin birdəfəlik dayandırılmasını tələb edib
10 nəfərdən ibarət komandası olan şirkət 400 milyon dollara satıldı
Bakı Fond Birjası listinq qaydalarını yenilədi - ƏSAS DƏYİŞİKLİKLƏR
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib


















