75 milyard dollarlıq dividend - Saudi Aramco yenə liderdir
Səudilərin ən böyük şirkəti ötən il ciddi itkilərə məruz qalsa da, kifayət qədər iri həcmli dividend ödənişi həyata keçirə bilib.Səudiyyə Ərəbistanının ən iri neft hasilatçısı və emal şirkəti Saudi Aramconun xalis mənfəəti 2020-ci ildə 44% azalıb. Marja xəbər verir ki, şirkət ötən bazar günü 2020-ci ilin nəticələri barədə açıqlamasında azalmanın əsas səbəbləri olaraq koronavirus pandemiyasını, dünya bazarındakı neft qiymətlərinin aşağı düşməsini, neft emalının həcmi və rentabelliyini göstərib.
“Biz yenə də əminik ki, bu pandemiyanı daha güclü olaraq arxada qoya biləcəyik” - baş direktor Amin Nasser bildirib. O, son 12 ayı “şirkətin yaxın tarixində ən çətin il” olaraq qiymətləndirib.
2019-cu ildə 88,19 milyard dollar xalis mənfəət qazanan Saudi Aramconun 2020-ci ildə xalis mənfəəti cəmi 49 milyard dollar təşkil edib. Şirkət əvvəlki ildən 44% daha az xalis mənfəət əldə etsə də, ümumilikdə 75 milyard dollar dividend ödəyib və bununla da qlobal enerji kompaniyaları arasında liderliyini qoruyub saxlayır.
Saudi Aramco cari ildə kapital xərclərini azaldacağını, xərclər üzrə proqnozunun daha öncə elan etdiyi kimi 40-45 milyard dollar aralığında deyil, təxminən 35 milyard dollar həcmində müəyyənləşdirdiyini bildirib. Bununla belə, Aramco rəsmiləri bu ilki göstəricilərə dair daha nikbindirlər: “Gələcəyə nəzər saldıqda söyləmək olar ki, bizim neft-qaz portfelinin optimallaşdırılması strategiyamız artıq reallaşır. Makroiqtisadi mühitin yaxşılaşması fonunda xüsusilə Asiya bazarlarında tələbatın artmasını, eləcə də digər bölgələrdə müsbət dinamikanı müşahidə edirik”.
Ötən ildən başlayaraq, qonşu Yəməndəki vətəndaş müharibəsi fonunda Səudiyyə Ərəbistanının neft infrastrukturu dəfələrlə üsyançı Husilərin raket və dron hücumlarına məruz qalıb. Ən son bu il martın əvvəlində Aramco zavodlarına endirilən zərbələr neftin qiymətinin son bir ildə ən yüksək həddə - bir barrel üçün 70 dollara qədər artmasına əsas təkanverici qüvvə olmuşdur.
Qərbin bir sıra aparıcı neft-qaz nəhənglərinin, o cümlədən Royal Dutch Shell və BP-nin səhmləri ötən il qlobal iqtisadi tənəzzül və tələbatın kəskin azalması səbəbindən çoxillik aşağı göstəriciyə düşmüşdür. ABŞ-ın ən iri enerji şirkətlərindən Exon Mobile ilk dəfə olaraq ili itki ilə başa vurduğunu açıqlayıb. Bununla belə, neft analitiklərinin əksəriyyəti qlobal peyvəndləmənin sürətlə aparılması və bazarların canlanması səbəbindən 2021-ci il üzrə müsbət nəticələr gözləyir. Goldman Sachs bu ilin üçünü rübündə neft qiymətlərinin bir barrelə görə 80 dolları keçəcəyini proqnozlaşdırır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
6 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 6 saat əvvəl
-
6 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
7 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 7 saat əvvəl
-
7 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















