Ölkəmizdə ilk dəfə mavigilə və çay bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb
Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında mavigilə (blueberry) və çay bitkisinin in-vitro üsulu ilə çoxaldılmasına başlanılıb.
Biotexnologiya laboratoriyasının müdiri Sevil Süleymanova bildirib ki, yaxın gələcəkdə mavigilənin əkin materialının kütləvi istehsalı təşkil ediləcək. Layihənin əsas məqsədi ölkəmizdə virusdan azad əkin materiallarının yetişdirilməsidir.
Bundan əvvəl laboratoriyada beş çəyirdəkli meyvə bitkisinin calaqaltıları in-vitro üsulu ilə çoxaldılıb və bütün mərhələləri keçdikdən sonra sahəyə köçürülüb. Bu calaqaltılar iqtisadi baxımdan çox əlverişlidir. Belə ki, bu calaqaltılar üzərində calaq edilən meyvə tingləri 3-cü ildə məhsula düşür və 5-ci ildə artıq bağa qoyulan xərcləri çıxarır. Adi calaqaltılarda bir hektardan 15 ton məhsul əldə olunursa, bu calaqaltılar üzərində yetişdirilən tinglərdən bir hektardan təxminən 50 tona qədər məhsul əldə etmək mümkündür. Bu bağlardan əldə olunan məhsulun keyfiyyəti də bazar tələblərinə tam cavab verir. Yəni məhsulun rəngi parlaq, ölçüləri iri və standart olur.
Bu kimi calaqaltılar ölkəmizə 2003-cü ildən gətirilsə də, Azərbaycanda istehsalına ilk dəfə Meyvəçilik və Çayçılıq ETİ tərəfindən başlanılıb. Əsas məqsəd bu istiqamətdə özəl tingçilik təsərrüfatları ilə birgə çalışaraq ölkəyə ting idxalının qarşısını almaqdır. Çünki xaricdən gətirilən bəzi tinglərdə virus və bakteriya mənşəli xəstəliklər aşkar edilir.
Qeyd edək ki, Azərbaycanda il ərzində, ümumilikdə, 5 milyon ədəd tumlu və çəyirdəkli meyvə tinginə ehtiyac var ki, bunun da böyük hissəsi xaricdən gətirilir. Meyvəçilik və Çayçılıq ETİ-nin yeni biotexnologiya laboratoriyası yaradıldıqdan sonra qarşıya qoyulan məqsəd illik ting istehsalını artırmaq və xaricdən ting idxalının qarşısını böyük ölçüdə almaqdan ibarətdir.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
12 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
13 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
14 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
14 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar














.jpg)



.jpg)

