“Bank Avrasiya” mövcud infrastrukturunu dəyişib - YENİ TEXNOLOGİYA TƏTBİQ EDİB
Dünya miqyasında tətbiqinin əhatə dairəsini genişləndirən hiper-konvergent infrasturun ölkəmizdə də tətbiqi günü-gündən artmaqda davam edir. Bu cür sərfəli hiperkonvergent həll hətta kiçik və orta ölçülü kompaniyalar üçün də bir neçə uzaq lokasiyalarda yerləşən sistemlərini etibarlılıqları və məhsuldarlıqlarını qoruyaraq vahid idarəetmədə birləşdirməyə imkan verir.
Davamlı, etibarlı və dinamik imkanlar təqdim edən bu həllin tətbiqi qarşıya qoyulmuş İT hədəflərinə effektiv şəkildə nail olmağa və rəqabətədavamlı infrastruktur formalaşdırmağa imkan verir. HCİ texnologiyasının tətbiqi həm də uzunmüddətli periodda müəssisənin bu qəbildən olan xərclərinə qənaət edə bilməsinə imkan yaradır. Server, networking və klassik storage məvhumunu vahid həlldə birləşdirən bu məhsul bir çox elementlərin ixtisarı ilə daha kompakt, maliyyə cəhətdən sərfəli və gələcək yönümlü bir həlli ortaya çıxarır.
“Bank Avrasiya” ASC mövcud infrastrukturunu HCİ-a dəyişdirməklə bu yeni texnologiyanın üstünlüklərindən faydalanmağa qərar verib. “Bank Avrasiya” ölkəmizin bank sektorunda bu yeni texnologiyanın tətbiqini təşkil edən ilk banklardan biri oldu. R.İ.S.K. şirkətinin partynorluğu ilə həyata keçirilən Dell EMC VxRail sisteminin tətbiqi artıq uğurla başa çatmışdır.
Layihənin gedişatı ilə bağlı “Bank Avrasiya” ASC İnformasiya Texnologiyaları Departamentinin direktoru və layihənin rəhbəri Abid Ələsgərzadə öz fikirlərini bölüşmüşdür:
"Mövcud infrastrukturun ən effektiv şəkildə yenilənməsi zərurəti ortaya çıxan zaman məqsədimiz bugünkü günə olan texniki tələblərimizə cavab verə biləcək həlldən ziyadə gələcək “Hardware Upgrade” imkanlarını da nəzərə almaq, yüksək IOPS göstəriciləri əldə etmək və effektiv idarəetmə imkanları təqdim edən bir həllə nail ola bilmək idi. Bəli, həqiqətən də VxRail avadanlıqları bu cəhətdən olduqca gələcəkyönümlüdür. Ehtiyac yarandığı təqdirdə istər infrastruktura yeni “NODE” əlavə etmək, istərsə də mövcud nodlar üzərində resurs yüksəltməsi etmək dəqiqələr içərisində reallaşan və tam avtomatlaşdırılmış bir prosesdir. Bu bir müəssisə üçün olduqca vacib nüansdır ki, biznes proseslərini axsatmadan və müştərilərə “downtime” hiss etdirmədən infrastrukturda “Hardware Upgrade” etmək imkanı yaradır. Əsasında dayanan “vSan” texnologiyasının faydalarına istinadən biz həqiqətən də çox yüksək IOPS göstəricilərinə nail ola bildik. Bu isə son nəticədə həm bankdaxili əməliyyatların işlənilməsinin bir neçə dəfə daha sürətli gerçəkləşməsinə və həm də müştərilərə təqdim olunan xidmətlərin daha effektiv olmasına gətirib çıxardı. Bütün bunların yanında bizim üçün dəyəri əvəzsiz olan bir üstünlük də vahid idarəetmə sisteminin olması idi. Klassik infrastrukturların server, network, storage və SAN şəbəkələrinin idarəetməsi, hər bir komponentlərin uzun çəkən “firmware upgrade” prosesi və üstəlik uyğunluqları nəzərə almaq əlbəttə bir İT infrastrukturu üçün kifayət qədər vaxt itkisi və ayrı spesifikasiyalar üzrə mühəndis resursları demək idi. Dell EMC VxRail seriyası bütün bunlara qarşı vahid idarəetmə sistemi təqdim edir, zamanlanmış və müdaxilə olmadan tam avtomatlaşdırılmış həyata keçirilən bütün bu upgrade prosesləri də mühəndislərimizin zamanını daha effektiv layihələrə sərf etməsinə imkan yaradır".
Yekun olaraq qeyd edək ki, Dell EMC VxRail avadanlıqları VMware virtualizasiyasını istifadə edənlər və İT infrastrukturunun məhsuldarlığını artırmağa çalışanlar üçün ideal bir həll hesab olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
20 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
23 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 25 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ



























