Bu il Azərbaycanda kredit kartlarının sayı 50 min ədəddən çox artıb
Azərbaycanda ödəniş kartlarının artması 2021-ci ilin Mart ayında da davam edib.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, 2021-ci ilin Mart ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 769 min ədəd təşkil edib.
Fevral ayının sonu ilə müqayisədə Mart ayı ərzində cəmi ödəniş kartlarının sayı 190 min ədəd artıb. Fevralda ayında cəmi ödəniş kartlarının sayı 166 min ədəd artmışdı.
Martda sosial kartların sayı 8 min ədəd artaraq 3 milyon 458 min ədədə, əməkhaqqı kartlarının sayı 39 min ədəd artaraq 2 milyon 599 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 118 min ədəd artaraq 2 milyon 567 min ədədə, kredit kartlarının sayı isə 24 min ədəd artaraq 1 milyon 145 min ədədə çatıb.
Ötən ilin sonu ilə müqayisədə ilk rübdə cəmi ödəniş kartları 539 min ədəd artıb.
İlk rübdə (yanvar-mart dövründə) sosial kartların sayı 15 min ədəd, əməkhaqqı kartlarının sayı 98 min ədəd, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 374 min ədəd, kredit kartlarının sayı isə 52 min ədəd artıb.
Qeyd edək ki, 2020-ci il ərzində cəmi ödəniş kartlarının sayı 1 milyon 964 min ədəd artmışdır. 2019-cu ilin sonunda cəmi ödəniş kartlarının sayı 7 milyon 266 min ədəd təşkil etmişdir.
2020-ci il ərzində sosial kartların sayı 1 milyon 60 min ədəd, əməkhaqqı kartlarının sayı 185 min ədəd, digər debet kartlarının sayı 424 min ədəd, kredit kartlarının sayı isə 296 min ədəd artmışdı.
2020-ci ildə yeni aqrokartların, birdəfəlik sosial müavinət (190 manat) üçün kartların, bağlanmış bankların əmanətçilərinə kompensasiya alınması üçün kartların verilməsi və iş yerlərinin rəsmiləşdirilməsi kart sayında böyük artıma səbəb olmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 15 d. əvvəl
-
-
20 d. əvvəl
“ƏDV geri al” layihəsi çərçivəsində 191 milyon manatdan çox vəsait istehlakçılara qaytarılıb
-
23 d. əvvəl
“Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilir
- 25 d. əvvəl
- 47 d. əvvəl
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin Müşahidə Şurasına yeni sədr və sədr müavini təyin olunub
-
1 saat əvvəl
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Norm Sement zavodunun istehsal gücü artırılıb
Dövlət Məşğulluq Agentliyinə yeni sədr təyin olunub
Milli Depozit Mərkəzinin İdarə Heyətinə yeni sədr təyin olunub
Ən çox oxunanlar
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib
ABŞ Venesuela neftinə müddətsiz nəzarət istəyir
Tramp: 2027-ci ildə müdafiə büdcəmiz 1,5 trilyon dollar olmalıdır
Rəsmi məzənnələr açıqlandı
Gəncə–Qəbələ–Gəncə marşrutu üzrə qatarların HƏRƏKƏT QRAFİKİ
























