Hyundai-dan rekord satış, Renault-dan azalma
Çip problemi hələ də avtomobil sektorunun üzərindəki “Domokl qılıncı”dır.Cənubi Koreyanın ən iri avtomobil istehsalçısı, törəmə şirkəti Kia ilə birlikdə qlobal satışlarda ilk 10-luqda qərarlaşan Hyundai Motor Company 2021-ci ilin ilk rübünün göstəricilərini açıqlayıb.
Marja xəbər verir ki, qlobal çip böhranından əziyyət çəkən digər rəqiblərindən fərqli olaraq, Koreya nəhəngi nisbətən etibarlı inventarı sayəsində sifarişləri tam yerinə yetirib və 1 milyon ədəd avtomobil satmaqla qlobal satış həcmini 10,7% artırıb.
Ümumi gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2% artaraq, 27,39 trilyon Koreya vonuna (24,5 milyard dollara) çatıb. Əməliyyat mənfəəti 1,66 trilyon von (1,48 milyard dollar), əməliyyat mənfəət marjası 6% təşkil edib. Xalis mənfəət 175% artaraq, 1,52 trilyon vona (1,36 milyard dollara) çatıb. Şirkət IONIQ 5 kimi yeni elektromobil seriyaları vasitəsilə satış tempini saxlamaq niyyətindədir.
Hyundai aprelin əvvəlindən müxtəlif müəssisələrdə istehsalı üç dəfə dayandırıb və çip inventarının əsas hissəsini ən məşhur markaları üçün saxlayıb. “Belə görünür ki, yarımkeçirici hissələrlə bağlı vəziyyət gözlədiyimizdən də çox uzanacaq. Satınalma şərtləri tez-tez dəyişdiyi üçün istehsal həcmini proqnozlaşdırmaq çətindir, bu səbəbdən may ayında da apreldəki kimi müəyyən məcburi müdaxilələlərə gedə bilərik” - icraçı vitse-prezident Seo Gang-hyun bildirib.
Avropanın əsas istehsalçılarından biri - Fransanın Renault şirkəti isə çip çatışmazlığı səbəbindən istehsalı kəskin azaltmağa məcburdur. Şirkət bugünkü açıqlamasında bəzi modellərdə qiymət artımı hesabına gəlirlərin birinci rübdə 10 milyard Avro təşkil etdiyini bildirib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1% azalma deməkdir. Renault azalmanın əsas səbəblərindən biri kimi məzənnə fərqlərini vurğulayaraq qeyd edib ki, bu amilin təsiri olmasa idi, gəlirlərin 2021-ci ilin ilk 3 ayında 4,4% artacaqdı. Ümumi satılan avtomobil sayı 1,1% artaraq, 665 min ədədə çatıb.
Renault birinci rübdə 42 951 elektrikli və hibrid model avtomobil satıb. İkinci rübdən başlayaraq, üç yeni E-TECH hibrid modelin təqdim olunması planlaşdırılır. Dacia Spring elektromobili artıq 10 min ədəd ön sifariş qeydə alıb.
Hazırda Fransız istehsalçısı ötən ilki 8 milyard avro ziyanın ardınca cari ildə 3 milyard avroluq yenidənqurma planını icra etməyə hazırlaşır. Baş direktor Luca de Meo-nun rəhbərliyi ilə icra olunacaq plan istehsal həcmini 25% azaltmağı, 15 minə qədər iş yerini ixtisar etməyi və bir sıra aktivlərin gəlirliliyini nəzərdən keçirməyi özündə ehtiva edir. Ötən ay Renault özünün Daimlerdəki 1,5 faiz payını təxminən 1,2 milyard avroya satıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 13 saat əvvəl
-
-
14 saat əvvəl
Bakı Beynəlxalq Dəniz Limanın tarixində rekord göstəriciyə imza atılıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Aqrar sığortadan fermerlərə rekord ödəniş – BİR İLDƏ 9 MİLYON MANAT!
- 14 saat əvvəl
-
14 saat əvvəl
Mərkəzi Bank vəziyyəti pisləşmiş sığorta şirkətinə müvəqqəti inzibatçı təyin etdi
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
16 saat əvvəl
İstifadəçilərinin sayı 3 milyonu keçib, partnyor şəbəkəsi 4000-ə çatıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dövlət şirkəti 35 milyon manat kredit cəlb edib
Bank filialı üçün mebel alır - TENDER
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
İstiqraz investorlarına milyonlarla dollar borcu olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”nin maliyyə vəziyyəti pisləşib
Azercell-dən “iPhone” kampaniyası
Bayram günlərində 2156 sığorta hadisəsi qeydə alınıb - 1 MİLYON 243 MİN MANAT ZƏRƏR
Misin qiyməti yeni tarixi rekord qırdı — tonu 13 min dolları keçdi
Yanvarın 7-də gözlənilən hava şəraiti
AZAL: Praqa–Bakı reysi üzrə baş vermiş insidentin qarşısını aviaşirkətin ekipajı alıb
"Quru sərhədlər indiyə qədər bağlı qalır. Bununla belə, əminəm ki, turist sayını 2 dəfə artırmaq real görünür"























