Unibank korporativ internet bankçılıq üzrə Azərbaycanın ən yaxşı bankı seçilib
(®️) Unibank "İnternet bankçılıq" nominasiyası üzrə Azərbaycan bankları arasında 1-ci yerə layiq görülüb. Bu qərar "SME Banking Club" beynəlxalq platformasının "Business Online Banking 2021" araşdırmasının nəticələrinə əsasən verilib.
Araşdırma nəticəsi olaraq ekspertlər tərəfindən “Unibank”ın internet bankçılıq xidməti həm də MDB və Qafqazda biznes üçün 20 ən yaxşı internet bankçılıq xidmətlərindən biri elan edilib. SME Banking Club-un açıqlamasına görə, bölgənin 2021-ci il üzrə TOP-20 ən yaxşı internet bankçılıq xidməti təqdim edən bankını müəyyən etmək üçün Ekspertlər Şurası tərəfindən səsvermə keçirilib. Araşdırma bazar şəraiti, internet bankçılıq trendləri, ən yaxşı təcrübələr, internet bankçılığın biznes üçün müxtəlif meyarlarla işləməsinin təhlili və digər istiqamətlər üzrə aparılıb. Araşdırma zamanı MDB və Qafqazda 100-dən artıq bankın bu istiqamətdə xidmətləri təhlil edilib.
Unibankın internet bankçılıq xidməti müştəriyə bir çox üstünlüklər verir. Biznes sahibi bu xidmətə onlayn qoşulmaqla, banka gəlmədən öz hesabı ilə bağlı çoxsaylı əməliyyatlar həyata keçirə, konvertasiya əməliyyatları edə, istənilən vaxt pulsuz olaraq bank hesablarına nəzarət edə, ölkədaxili və ölkəxarici ödənişlər apara, bütün işçilərinin əmək haqqlarının köçürlüməsini birdəfəyə həyata keçirə və digər xidmətlərdən faydalana bilər.
Məhsul və xidmətlərdə rəqəmsallaşmanı əsas götürən Unibank, hazırda biznes sahiblərinə çoxsaylı onlayn bank məhsul və xidmətləri təklif edir. Banka gəlmədən onlayn hesab açmaq, onlayn əmək haqqı layihəsinə qoşulmaq, tranş kredit xəttindən onlayn istifadə etmək, onlayn formada İB və MB qoşulmaq, onlayn overdraft kreditlərindən faydalanmaq biznes sahiblərinə istədikləri yerdə və istədikləri vaxt keyfiyyətli onlayn bank xidməti ilə təmin olunmaq imkanı yaradır.
Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 34 d. əvvəl
- 43 d. əvvəl
-
54 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 58 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb







.jpg)




.jpg)




.jpg)






