Avro, Funt və Lirə ucuzlaşa bilər - SON VƏZİYYƏT
EUR.
Almaniya iqtisadiyyatına dair fundamental göstəricilərin mənfi açıqlanması, Amerika fonunda nikbinliyin artması, EUR/USD məzənnəsinin yenidən təzyiq altında qalaraq, 1.21$-ın altında ticarət edilməsinə səbəb olub. 1.20$-ın qırılması ilə ucuzlaşma 1.18$-a kimi davam edə bilər.
Bununla yanaşı, cümə günü Bakı vaxtı ilə saat 16:30-da ABŞ-ın əmək bazarı ilə bağlı dərc ediləcək statistik göstəricilər də önəmli rol oynayacaqdır.
GBP.
Cümə axşamı saat 15:00-da yayımlanacaq İngiltərə Bankının faiz qərarı öncəsi GBP/USD məzənnəsi də ucuzlaşır. Növbəti qırılması vacib dəstək səviyyəsi 1.38$-dır və bunun baş verməsi ilə platformalarda 1.37$-ın ticarət edildiyi müşahidə oluna bilər.
TRY.
Cümə axşamı TCMB də faiz qərarını açıqlayacaq. Proqnozlar dəyişikliyin olmayacağı istiqamətindədir. Bu, lirənin yenidən 8.48TL-yə kimi ucuzlaşmasına səbəb ola bilər.
Bazar ertəsi saat 11:00-da yayımlanacaq məlumatlarda da inflyasiyanın 17.3%-ə kimi artmacağı ehtimal edilir.
OIL.
Foreks bazarlarında dolların dəyər qazanması, Brent neftinin 66$-a kimi korreksiyasına səbəb olub və proses 64$-a kimi dərinləşə bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında isə 1764$-ın (56.7 $/qram) qırılması ilə korreksiya dəhlizinin 1737$-a (55.9 $/qram) kimi genişlənməsi proqnozlaşdırılır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)







