Azercell ilk Onlayn Qadın Festivalının rəqəmsal tərəfdaşıdır
Mayın 6-8-də Azərbaycanda ilk dəfə olaraq “Azercell Telekom” MMC-nin rəqəmsal tərəfdaşlığı ilə Onlayn Qadın Festivalı baş tutacaq.
Qadınların müxtəlif sahələr üzrə maariflənməsinə imkan yaradacaq toplantı http://qadinfest.az/ platforması üzərindən həyata keçiriləcək.
İlk Onlayn Qadın Festivalında xanımları maraqlandıracaq çoxşaxəli mövzular müzakirəyə çıxarılacaq. Üç gün ərzində onlayn platforma üzərindən karyera, təhsil, sağlamlıq, gözəllik, psixologiya, uşaqlarla davranış və s. kimi mövzular barədə tanınmış peşəkar mütəxəssislərin canlı çıxışı baş tutacaq. Eyni zamanda, yoqa, fitness, pilates, rəsm, mətbəx və s. sahələrində master-klasslar təşkil olunacaq. Yerli və beynəlxalq spikerlərin çıxış edəcəyi festivalda özünü inkişaf, qadınların hüquqlarının qorunması, sosial və digər məsələlər də gündəmdə olacaq. Festivalın hər günü isə tanınmış və sevilən ifaçıların çıxışı ilə başa çatacaq.
Azercell bu maraqlı festival zamanı canlı yayımların keyfiyyətli və sürətli internet vasitəsilə ötürülməsinə nəzarət edəcək. Festival boyunca http://qadinfest.az/ saytının ana səhifəsinə Azercell-in brendi ilə onlayn köşk yerləşdiriləcək və buradan birbaşa mobil operatorun saytına keçid etmək mümkün olacaq.
Festivalın ən maraqlı məqamlarından biri də sual-cavab sessiyasının keçirilməsidir. Belə ki, tədbir zamanı təşkil olunacaq viktorinada sualların hamısına düzgün cavab verən iştirakçılara müxtəlif qiymətli hədiyyələr təqdim olunacaq. Festivalın rəqəmsal tərəfdaşı olan “Azercell Telekom” MMC də öz tərəfindən viktorina qaliblərindən birinə iPhone SE smartfonunu hədiyyə edəcək.
İlk onlayn qadın festivalına qoşulmaq üçün http://qadinfest.az/ saytında qeydiyyatdan keçmək lazımdır. Tədbirlə əlaqədar xəbərləri festivalın Facebook https://www.facebook.com/events/197724505153756 və İnstaqramdakı https://www.instagram.com/qadin_fest/ səhifəsindən izləmək olar. Festivalda iştirak ödənişsizdir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
6 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
6 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
6 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 8 saat əvvəl
-
10 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq


























