Coca-Colanın yaranmasından 135 il ötür
®️ Coca-Cola 135-ci ilində
Bugün dünya nəhənglərindən olan Coca-Cola şirkətinin yaranmasından 135 il ötür.
Coca-Cola 1886-cı ildə ilk dəfə olaraq ABŞ-ın Corcia ştatının Atlanta şəhərində əczaçı Con Pemberton tərəfindən hazırlanıb və təravətləndirici içki kimi apteklərdə satışa təqdim edilib. 1919-cu ildən başlayaraq isə Coca-Cola içkisi Amerika hüdudlarını aşaraq dünyanın dörd bir tərəfində istehsal olunmağa başlayıb. Hazırda 4100-dən çox adda məhsul istehsal edən şirkət 200-dən çox ölkədə fəaliyyət göstərir.
Coca-Colanın Azərbaycan iqtisadiyyatında rolu
Coca-Cola ölkədə 1994-cü ildən etibarən fəaliyyət göstərir. Azərbaycanın qeyri-neft sektoruna investisiya etmiş ilk beynəlxalq şirkətlərdən olan Coca-Colanın 1996-cı ildə Sulutəpə qəsəbəsində ilk istehsal zavodu fəaliyyətə başlayıb.
Bugünə qədər Coca-Cola Azərbaycan iqtisadiyyatına 200 milyon dollardan çox investisiya yatırıb. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsinə 300 milyon dollardan artıq vergi ödənilib. Azərbaycanda Coca-Cola məhsullarının istehsalı həm yerli, həm də beynəlxalq keyfiyyət və təhlükəsizlik standartlarına və bundan daha sərt olan Coca-Cola sisteminin tələblərinə cavab verir.
Coca-Colanın Azərbaycanda idmanın inkişafına dəstəyi
Coca-Cola Azərbaycanda gənclərin sağlam həyat tərzinə cəlb olunması və idmanın inkişafı üçün müxtəlif layihələr həyata keçirib.
Coca-Cola Milli Olimpiya Komitəsinin, AFFA-nın, Azərbaycan Velosiped İdmanı Federasiyasının, eyni zamanda, Azərbaycanda təşkil olunan “IV İslam Həmrəyliyi Oyunları”, “2015 Avropa Oyunları”, “BMX”, “Tour d'Azerbaïdjan” kimi idman yarışlarının rəsmi tərəfdaşıdır. Bununla yanaşı, Coca-Cola Azərbaycanda şagirdlərə olimpiya dəyərlərinin təşviqi məqsədilə “Olympic Moves” hərəkatının, uşaq futbolunun inkişafına töhfə verən “Məktəbli kuboku” layihəsinin də partnyorlarındandır.
Coca-Colanın Azərbaycanda COVID-19-la mübarizəyə dəstəyi
COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq məqsədilə Coca-Cola şirkəti 2020-ci ilin əvvəlindən bəri “ASAN Könüllüləri” Təşkilatı ilə birgə layihələr həyata keçirir.
“Birlikdəyik” layihəsi çərçivəsində 4000 ailə - ümumilikdə 20 000 insana qida yardımlarının çatdırılması, antiseptik vasitələrin paylanılması, karantin rejimində çalışan həkimlərə müvafiq tibbi ləvazimatların təqdim olunması, eyni zamanda, sosial şəbəkələr vasitəsilə maarifləndirilmə işinin aparılması istiqamətləri üzrə fəaliyyətlər həyata keçirilib. Ötən ilin aprel ayının əvvəlində “ASAN Könüllüləri” Təşkilatı “Coca-Cola Azərbaycan”ın dəstəyi ilə ölkəmizdə karantin rejimində çalışan xəstəxanalar üçün 120,000 su məhsulunun çatdırılmasını təşkil ediblər. “Bir sifariş – Bir sevinc” sosial kampaniyası isə COVID-19 pandemiyasının aztəminatlı ailələrə və kiçik sahibkarlara təsirini azaltmaq məqsədilə həyata keçirilib. Layihə 7000 ailəni və 20-dən çox sahibkarı əhatə edib. Qeyd edək ki, Coca-Cola COVID-19 pandemiyası ilə mübarizəyə dəstək olmaq üçün həyata keçirilən bu layihələrə ümumilikdə 400.000 manat pul xərcləyib.
Coca-Colanın Azərbaycanda həyata keçirdiyi ekoloji layihələr
“Coca-Cola” şirkəti Azərbaycanda su ehtiyyatlarının qorunması, yaşıllıq zolaqlarının genişlənməsinə xidmət edən çox sayda ekoloji layihələr həyata keçirir. Bu istiqamətdə şirkət “Ağac ək, həyata hədiyyə et” adlı ağacəkmə layihəsini, “Sahilyanı Təmizlik” kampaniyasını, “Təmiz ölkəm” və “Təmiz Sumqayıt” ekoloji layihələrini həyata keçirib.
Coca-Colanın Azərbaycanda həyata keçirdiyi sosial layihələr
Coca-Cola Azərbaycanda qadınların və gənclərin inkişafı üçün 2014-cü ildən bəri çox sayda sosial layihə həyata keçirib.
Bu layihələrə “Rayon qadınları və gənclərinin iqtisadi və sosial həyatda fəal iştirakının təşviqi”, “Uğurlu qadın, uğurlu gələcək”, “ASAN İnkişaf Modeli - Qadınlar üçün AIM-W”, “New Generation” layihələri aiddir.
Coca-Cola Azərbaycanın layiq görüldüyü beynəlxalq mükafat
Coca-Cola Azərbaycan qadınların iqtisadi imkanlarının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi sahəsində həyata keçirdiyi işlərə görə ABŞ Dövlət Katibinin 2020-ci il üçün Korporativ Mükəmməllik Mükafatına layiq görülüb. Bu mükafatla Coca-Cola Azərbaycanda qadınlar üçün iqtisadi imkanların artırılması sahəsində geniş səylərinə görə təqdir edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 51 d. sonra
- 4 d. əvvəl
-
-
20 d. əvvəl
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
-
1 saat əvvəl
Azərbaycanın avtomobil bazarında mühüm hadisə - OMODA və JAECOO rəsmi təqdim edildi
-
2 saat əvvəl
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
-
19 saat əvvəl
Milli Depozit Mərkəzinin sədri Türkiyənin bir qrup maliyyə qurumunun nümayəndələrilə görüşüb
-
20 saat əvvəl
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
-
20 saat əvvəl
Azərbaycanda Amerika Ticarət Palatasında icraçı direktor vəzifəsinə yeni təyinat
- 20 saat əvvəl
-
21 saat əvvəl
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
- 21 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Azərbaycanda Vakansiyalar - Azvak.az
"Azərkəndtikinti” şirkətinə əlavə maya qoyulacaq
Aprelin 5-də gözlənilən hava şəraiti - Yağış yağacağı gözlənilir
Uzaqgörən investorlar Dubayda əmlak alır - sən hələ gözləyirsən?
"PAŞA Bank"ın səhmlərin ticarətə buraxılması üçün qərar verildi
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bank Respublika-nın sosial, təhsil və innovasiya sahəsində layihələri mükafata layiq görülüb
AccessBank-dan “Gül kimi” təklif
"PAŞA Bank"ın səhmdarlarının pay bölgüsü dəyişə bilər
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırılıb



















