Azərbaycanda qaz hasilatı 10%-ə yaxın artıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2021-ci ilin yanvar-aprel aylarında 14,9 milyard manatlıq və ya 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz az sənaye məhsulu istehsal edilmişdir.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,9 faiz azalması hesabına baş vermiş, sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 16,5 faiz artmışdır.
Sənaye məhsulunun 62,9 faizi mədənçıxarma sektorunda, 30,5 faizi emal sektorunda, 5,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 6,9 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 9,3 faiz artmışdır.
Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 6,0 dəfə, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 4,4 dəfə, kompüter, elektron və optik məhsulların istehsalı 2,8 dəfə, maşın və avadanlıqların istehsalı 2,7 dəfə, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 2,1 dəfə, tütün məmulatlarının istehsalı 98,7 faiz, elektrik avadanlıqlarının istehsalı 65,2 faiz, kağız və karton istehsalı 34,6 faiz, toxuculuq sənayesi məhsullarının istehsalı 33,3 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 30,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 24,0 faiz, tikinti materiallarının istehsalı 22,5 faiz, geyim istehsalı 19,0 faiz, qida məhsullarının istehsalı 6,9 faiz artmış, neft məhsullarının istehsalı 1,4 faiz, hazır metal məmulatlarının istehsalı 9,3 faiz, içkilərin istehsalı 9,9 faiz, kimya sənayesi məhsullarının istehsalı 13,4 faiz, mebel istehsalı 34,2 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 56,1 faiz, poliqrafiya məhsullarının istehsalı 56,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 99,1 faiz azalmışdır.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,7 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 2,2 faiz artmışdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 11 saat sonra
-
-
3 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 9 saat əvvəl
-
10 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!






















