“ADY Express” daha bir dünya nəhəngi ilə əməkdaşlığa başladı
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə “ADY Express” şirkəti Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri ilə növbəti yüklərin daşınmasına start verib.
Məlumata görə, Rusiyanın nəhəng sənaye şirkətlərindən sayılan “Meçel” şirkətlər qrupu ilə əməkdaşlığa başlanılıb.
“Meçel” dünyanın TOP-10 metalurji kömür istehsalçılarından biridir və Rusiyada ən çox xüsusi polad və ərintilər istehsalçısıdır. “Meçel” şirkəti kömür mədənçiliyi, metallurgiya, enerji, logistika sahəsində 20-dən artıq müəssisəni birləşdirir.
Əməkdaşlığa dair razılaşma, aprel ayında Moskvada keçirilən “TransRussia – 2021” nəqliyyat və logistika sərgisi çərçivəsində aparılan danışıqlar zamanı əldə olunmuşdur. Beləliklə, “Meçel-Trans” şirkəti (Mechel Qrupunun bir hissəsi) ilə “ADY Express” MMC arasında müqavilə imzalanıb.
“Meçel” şirkətinin rəsmi saytına istinadən bildirlir ki, “Meçel-Trans” şirkətinin idarəçiliyində 11 min yük vaqonu mövcuddur və illik yükdaşıma həcmi 30 mln tondan çoxdur.
“ADY Express” “Meçel” şirkətinə məxsus məhsulların Gürcüstana nəqlini həyata keçirəcək. Artıq ilk yükdaşıma baş tutub. Rusiyanın “Beloretsk” stansiyasından göndərilən polad tellər yükü, 3 241 km məsafəni qət edərək, Gürcüstanın Tbilisi-Tovarnaya stansiyasına çatdırılıb. İlk yükün həcmi 136 ton təşkil edib, yükgöndərən isə “Meçel” şirkətlər qrupuna aid olan “Beloretsk metallurgiya kombinatı”dır.
Şirkətin saytında yayımlanan press-relizə istinad edərək qeyd etmək lazımdır ki, 2020-ci ildə “Meçel” şirkəti 3,7 mln ton polad və 3,5 mln ton çuqun istehsal edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 31 d. əvvəl
-
-
47 d. əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanın neft-qaz sektoruna daxil olan malların ixracından gəliri azalıb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Ən çox oxunanlar
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Azərbaycan və Türkiyə binalarda enerji səmərəliliyi üzrə əməkdaşlıq sənədi imzalayıb
Xalq Bankda hədiyyəli “Əmanət” lotereyası davam edir
Gələcəyin şəhərləri yeni mobillik tələb edir







.jpg)











.jpg)





