Koronavirus gündəliyi və iqtisadiyyat
Bir sıra ölkələr karantin tədbirlərini yumşaldır, Toyota və Honda istehsalı dayandırır, Tokio Olimpiadasının keçirilməsi sual altındadır.
Əksər ölkələrdə koronavirus pandemiyasının yeni dalğası hələ də davam etdiyi halda, bir sıra Avropa və Asiya ölkələri qarşıdan gələn turizm mövsümü ilə əlaqədar kütləvi yumşalma tədbirlərinə gedirlər. Bununla belə, bəzi ölkələrdə yoluxma və ölüm səviyyəsinin yüksək olması hökumətləri məcburi tədbirlərə vadar edir.
Marja xəbər verir ki, Malayziya hökuməti dünəndən başlayaraq, iki həftə müddətində sərt karantin tətbiq etmək qərarını verib və bu məqsədlə vətəndalara və biznesə 9,7 milyard dollarlıq yardım paketini açıqlayıb. Toyota və Honda kimi avtomobil nəhəngləri də karantin səbəbindən bu ölkədəki zavodlarında istehsalı müvəqqəti dayandırıblar.
Yaponiyada hökumətin bəzi üzvləri ötən il pandemiya səbəbindən keçirilməyərək bu ilin iyulunda planlaşdırılan Tokio 2020 Yay Olimpiya Oyunlarının təşkili ilə bağlı narahatlıq bildirib. Onlar xüsusilə virusun sürətlə yayıldığı yay fəslində paytaxtda ümumiyyətlə belə irimiqyaslı yarışın keçirilməsinin mümkün olmayacağını bildirirlər. Bəzi əcnəbi idmançılar isə yarışlardan öncə məşq etmək üçün artıq Yaponiyaya gəlməyə başlayıb.
Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Ümümdünya Səhiyyə Təşkilatının rəhbərləri isə G7 toplantısından öncə bir araya gələrək, bir daha dünya ölkələrinə “hamıya bərabər və ədalətli vaksin təmin etmək” çağırışı ediblər. Avropa İttifaqı isə iyulun 1-dən tam peyvənd olunmuş şəxslər üçün karantin məhdudiyyətlərinin ləğvini planlaşdırır. Bugündən etibarən Avrozonada rəqəmsal COVID pasportunun əldə edilməsinə və vətəndaşlara səyahətə imkan verən sistemin tətbiqinə başlanılır.
Türkiyədə həftələrdir bağlı olan restoran və kafelər karantin tədbirlərinin qismən yumşaldılması çərçivəsində iyunun 7-dən fəaliyyətini bərpa edəcək. Bu barədə Türkiyə prezidenti R.T.Ərdoğan dünən hökumətin toplantısında bildirib. İdman zalları və parkların da açılması nəzərdə tutulur.
Filippin və Taylandda karantin tədbirləri hələ iyunun ortalarına qədər davam edəcək. Xüsusilə turizm gəlirlərindən ciddi asılı olan Tayland hökuməti muzeylərin, gözəllik salonlarının və bir sıra müəssisələrin iyunun 1-dən etibarən açılacağını bəyan etsə də, bu qərarından altı saat sonra məhdudiyyətlərin iyunun 15-ə qədər qüvvədə olacağını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
- 17 d. əvvəl
- 23 d. əvvəl
- 27 d. əvvəl
- 46 d. əvvəl
-
51 d. əvvəl
"Bank Respublika"nın nizamnamə kapitalının artırılması müzakirə ediləcək
- 1 saat əvvəl
-
1 saat əvvəl
Putin və Tramp 1,5 saatdan çox telefon danışığı aparıb - ƏSAS MƏQAMLAR
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Azəraqrartikinti"nin xalis mənfəəti 30 %-ə yaxın azalıb
Dövlət şirkəti indiyədək 572 min unsiya qızıl və 1,1 milyon unsiya gümüş satıb, 2 milyard manatdan çox gəlir əldə edib
Tramp: “İran təslim olmaq məcburiyyətindədir”
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Neft kəskin bahalaşıb - QİYMƏTİ 126 DOLLARI DA KEÇİB
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 14 GÜN
Danimarka şirkəti tərəfindən Azərbaycanda külək turbinlərinin istehsalı nəzərdən keçirilib
Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib, protokol imzalanıb
Rusiya OPEC+da qalmağa davam edəcəyini açıqlayıb







.jpg)








.jpg)








