Dünyada 800 milyon insanın hələ də elektrik enerjisinə çıxışı yoxdur
Az qala 3 milyard insan isə öz yeməyini bişirməklə planetə ciddi ziyan vurur - yeni hesabatBir tərəfdə sərvətləri 200 trilyon dollara çatan bir ovuc zəngin, digər tərəfdə isə dünya əhalisinin 70%-nin cəmləşdiyi, qlobal gəlirin isə cəmi onda birinə sahib ölkələr....
Beynəlxalq Enerji Agentliyi bugün təmiz enerjiyə yatırılan qlobal vəsait və perspektivlərə dair Dünya Bankı və Dünya İqtisadi Forumu ilə birlikdə hazırlanmış yeni hesabatını dərc edib.
Marja xəbər verir ki, beynəlxalq qurum 2050-ci ilə qədər “sıfır karbon” hədəfinə çatmaq və qlobal karbon emissiyalarını maksimum azaltmaq üçün sürətlə inkişaf edən və inkişaf etməkdə olan ölkələrin hazırda təmiz enerjiyə yatırdığı investisiyaların 2030-cu ilə qədər yeddi dəfə artırılmalı olduğunu bildirib. Bu isə hazırkı illik 150 milyard dollar əvəzinə əvvəlcə 600 milyard dollar, daha sonra isə 1 trilyon dollar vəsait deməkdir.
Hesabatdan ən maraqlı məqamlar:
İnkişaf etməkdə olan ölkələr dünya əhalisinin 70%-nə qədərini təşkil edir, ancaq qlobal gəlirin cəmi 10%-i onların payına düşür. Əvəzində sayları min nəfərə çatmayan zənginlərin qlobal sərvətinin həcmi 2020-ci ildə 200 trilyon dollara çatıb;
2019-cu ildə əhalisinin sayı 1,2 milyard nəfər olan inkişaf etmiş iqtisadiyyatlar təmiz enerji layihələrinə 390 milyard dollar, əhalisi 1,4 milyard nəfər olan Çin 210 milyard dollar xərclədiyi halda, əhalisinin sayı 5 milyardı keçən inkişaf etməkdə olan ölkələr bu sahəyə cəmi 155 milyard dollar investisiya yatırıblar;
Hazırda dünyada 800 milyona yaxın insan hələ də elektrik enerjisindən istifadə edə bilmir və onların əksər hissəsi yoxsul ölkələrin vətəndaşlarıdır. 2,6 milyard insan isə yeməyini zərərli şəraitdə və köhnəlmiş texnoloji avadanlıqla bişirir;
Planetin 25 ən çirkli şəhərinin 15-i inkişaf etməkdə olan ölkələrin, 9-u isə Çinin ərazisindədir. Hava keyfiyyətinin pisləşməsi isə vaxtından əvvəl ölümün ən başlıca səbəbləri arasındadır;
Əgər ciddi tədbirlər indidən görülməyə başlamasa, əksəriyyəti, Asiya, Afrika və Latın Amerikası ölkələrini təşkil edən inkişaf etməkdə olan iqtisadiyyatlar növbəti 2 onillikdə atmosferə enerji ilə əlaqədar 5 milyard ton daha çox karbon-dioksid buraxacaqlar. Bu isə iqlim dəyişikliyindən tutmuş müxtəlif xəstəliklərə qədər bir sıra qlobal problemləri daha da kəskinləşdirəcək.
Beynəlxalq Enerji Agentliyinin İcraçı Direktoru Fatih Birolun mövqeyinə görə, hesabatın verdiyi əsas mesaj ondan ibarətdir ki, dünyanı indidən xilas etmək üçün ekoloji vəziyyətin pisləşməsində ən çox günahkar olan inkişaf etmiş dövlətlər digər həmkarlarına məsuliyyətlə kömək göstərməli və maksimum maliyyə mənbələrini təmin etməlidirlər: “Dünyada pul qıtlığı yoxdur, ancaq bu pul əsas yatırılmalı olduğu sahələrə gedib çıxa bilmir. Hökumətlər beynəlxalq maliyyə institutlarına inkişaf etməkdə olan ölkələrdə təmiz enerjiyə keçidi maliyyələşdirmək üçün güclü strateji səlahiyyət verməlidirlər”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
8 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
9 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
9 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 10 saat əvvəl
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 11 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir





















