AZPROMO və USACC memorandum imzaladı
İyunun 9-da ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında işgüzar görüş keçirilib.
Görüşdə çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və USACC İdarə Heyətinin sədri Reza Vəziri Azərbaycan və ABŞ arasında ticarət əlaqələri barədə məlumat verib, üçtərəfli əməkdaşlığın ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, təmsil etdiyi qurumun fəaliyyəti, xarici investorların cəlb edilməsi istiqamətində gördüyü işlərdən danışıb.
Görüş çərçıvəsində də USAİD, AZPROMO və USACC arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.
Sənəddə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
32 d. əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 39 d. əvvəl
- 41 d. əvvəl
-
50 d. əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
1 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)











.jpg)






