İsraildə 12 illik Netanyahu dövrü sona çatdı
İsrailin "Gələcək var" və "Yamina" partiyalarının rəhbərliyi altında qurulan koalisiya hökuməti Bennett-Lapid ilə Baş nazir Binyamin Netanyahunun 12 illik səlahiyyət müddəti sona çatıb.
Marja xəbər verir ki, səsvermə nəticəsində koalisiya hökuməti, 120 yerlik Parlamentdəki 60 millət vəkilinin dəstəyi ilə etimad səsini alıb.
Bennett-Lapid koalisiyasının etimadı ilə 2009-cu ilin martından bəri baş nazir olan Netanyahunun səlahiyyət müddəti sona çatıb.
"Yamina" partiyasının lideri Bennett iki il müddətində Baş nazir vəzifəsini icra edəcək. Bennett, 2023-cü ilin avqust ayında kreslosunu koalisiya ortağı, "Gələcək var" partiyasının lideri Lapidə təhvil verəcək.
Bennett-Lapid koalisiyası, Netanyahuya qarşı müxalif olaraq birləşmiş fərqli fikirlərə sahib 8 partiyadan ibarətdir. Parlamentdə tutduqları kreslo sayı kritik bir həddə olduğundan və bəzi məsələlərdə tərəflərin tamamilə fərqli fikirləri olduğundan, koalisiyanın İsraildə uzun müddət davam edib-etməyəcəyi müzakirə olunur.
Bennettin partiyası Yamina həddindən artıq sağçı fikirləri ilə seçilir və işğal altındakı Qərb Şeriadakı qeyri-qanuni yəhudi məskunlaşmasını dəstəkləyir.
Koalisiyanın tərəfdaşlarından biri olan İsrailin Fələstinli vətəndaşlarını təmsil edən Birləşmiş Ərəb Siyahısı (Ram) buna qarşı çıxır.
Digər koalisiya ortağı Meretz, solçu bir partiyadır.
Bu səbəbdən koalisiya hökumətinin uzun müddət davam etməyəcəyi və İsrailin bu ilin sonunda yenidən erkən seçki keçirməsi lazım ola biləcəyi iddia edilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 d. əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
-
11 d. əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 44 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
1 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 1 saat əvvəl
-
2 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
-
2 saat əvvəl
Unibank şəhid və qazi övladları üçün Şirvanda bayram tədbiri keçirib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























