Şuşada qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısı hazırlanacaq
Nazirlər Kabineti 3 ay müddətində Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərini müəyyənləşdirib təsdiq edəcək.
Bu, Prezident İlham Əliyevin imzaladığı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” fərmanda əksini tapıb.
Nazirlər Kabinetinə 3 ay müddətində Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etmək, Şuşa şəhərinin ərazisində yerləşən abidələrə təhlükə yaradan işlərin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı yazılı göstərişlərin məzmununu, habelə təhlükənin aradan qaldırılması tədbirlərini, onların həyata keçirilməsi qaydasını və müddətini, Şuşa şəhərinin ərazisində abidələrin qorunmasına dair mühafizə müqavilələrinin formasını, Şuşa şəhərinin ərazisində abidələrin monitorinqinin keçirilməsi qaydasını, Şuşa şəhərinin ərazisində qadağan olunmuş sahibkarlıq fəaliyyəti növlərinin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etmək də tapşırılıb. Eyni zamanda Nazirlər Kabineti bu müddət ərzində Şuşa şəhərinin ərazisində üzərində və mühafizə zonalarında reklam qurğularının yerləşdirilməsi qadağan edilən abidələrin siyahısını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, Şuşa Şəhəri Dövlət Qoruğunun maliyyələşdirilməsi mənbələrinə dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.
Prezident İlham Əliyevin bu gün imzaladığı “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin yaradılması haqqında” fərmanına əsasən, "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılacaq. Fərmana əsasən, idarə tərəfindən dövlət əmlakının icarəyə verilməsindən alınan haqqın 50 (əlli) faizi dövlət büdcəsinə köçürülür, qalan hissəsi İdarənin sərəncamında qalacaq.
Həmçinin oxu
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” yaradıldıMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)







