Bəzi mağazalar ƏDV-in bir hissəsini alıcılara qaytarmağa başlayıblar - "ƏDV GERİAL" TƏHLÜKƏDƏ
Azərbaycanda ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması mexanizmi tətbiq edilir. İstehlakçı, yəni alış-veriş edən şəxs ƏDV ödəyicisi olan ticarət və ya iaşə obyektindən çekini tələb edir, daha sonra bu çeki xüsusi proqram təminatı vasitəsilə sistemə daxil edərək ödədiyi ƏDV-nin bir hissəsini (18%-lik veriginin - nağd ödəniş edildikdə 10%-ni, nağdsız ödəniş edildikdə 15%-ni) geri alır.
Marja.az-ın məlumatına görə, bir sıra ticarət obyektləri yeni nəsil kassa aparatı quraşdırsalar da alıcıya çek təqdim etməməyə başlayıblar. Belə ticarət obyektləri vətəndaşın aldığı mala görə geri ala biləcəyi ƏDV-ni nağd şəkildə ona geri qaytarırlar.
"Bu yaxınlarda tanınmış mebel mağazalarından birindən divan aldım. Malın pulunu ödəyən zaman çekimi tələb etdim. Satıcı mənə kassa aparatının işləmədiyini bildirdi. Ardınca satıcı qız "getməyin, geri alacağınız ƏDV-ni sizə ödəyim" dedi. 500 manatdan bir qədər yüksək qiymətə aldığım divan üçün təxminən 80 manat ƏDV ödəmişdim. Satıcı geri ala biləcəyim 8 manatı mənə uzatdı. Digər bir mebel mağazasından komod aldığım zaman da çekimi ala bilmədim. Malın pulunu ödəyən gün bildirdilər ki, "kassa aparatı işləmir, təmirdədir". Mən bir neçə gün sonra mağazaya gedib təkrar çekimi istədim. Bu dəfə də mənə kassa aparatının işləmədiyini bildirdilər. Artıq bir çox mağazalar çekini tələb edənə pis baxırlar, bu sistem üzrə xoşağəlməz ab-hava yaradılır",- adının açıqlanmasını istəməyən alıcı Marja-ya bildirdi.
Bir sıra ticarət obyektləri ƏDV-ni mənimsəmək üçün alıcıya kassa aparatının işləmədiyini bildirirlər, israr edən alıcılara isə Dövlət Vergi Xidmətindən geri ala biləcəyi ƏDV-ni təqdim edirlər. Sonuncu qayda zamanı ƏDV-in böyük hissəsi mağaza tərəfindən mənimsənilir.
Bir sıra mağazalar isə ƏDV ödəyicisi olduqları halda bunu alıcılardan gizlədirlər. Bir sıra ərzaq və qeyri- ərzaq mağazaları isə alıcı istəməsə çeki təqdim etmir.
Alış-veriş çekinin alıcılara təqdim edilməsində vəziyyət supermarketlərdə yaxşıdır, qeyri-ərzaq mağazalarında isə çekin təqdim edilməsi səviyyəsi aşağıdır.
Mütərəqqi bir mexanizmin inkişafına bəzi sahibkarlar tərəfindən mane olunması təəssüf doğurur. Ümid edirik ki, Dövlət Vergi Xidməti bu cür qanunsuz hallara qarşı tezliklə mübarizəyə başlayacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 4 gün sonra
-
4 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 16 d. əvvəl
-
23 d. əvvəl
11 ayda bankların cəmi xalis mənfəəti 1 milyard manatı keçib
-
46 d. əvvəl
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
- 51 d. əvvəl
-
1 saat əvvəl
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
-
1 saat əvvəl
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
-
2 saat əvvəl
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
-
2 saat əvvəl
Estoniyanın İT şirkəti Dövlət Vergi Xidmətinin "Yeni Avis 2" sistemini yeniləyəcək
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Dekabrın 26-da gözlənilən hava şəraiti
Göygöl Şərab Zavodu Xankəndidə firma mağazasını açdı - FOTOLAR
"Cibimizdə yenilik" - 50 manatlıq əsginas dəyişdi: “2025” istehsal ili və yeni imza
"Bakı Metropoliteni”ndən "BAKELEKTRO"ya 3,9 milyon manatlıq sifariş
Ən çox oxunanlar
Ziraat Bank Azərbaycan II Azərbaycan–Türkiyə İnvestisiya Forumunun baş sponsorlarından biri oldu
Azərbaycan neftinin son qiyməti
ABŞ Venesueladan çıxan tankeri qovalayıb
Yaponiya hökuməti iqtisadi artım proqnozunu yüksəldib




















