Süni adada 1,7 milyard dollarlıq kurort yaradılır
Dubay "Burc əl-Ərəb" otelinin qarşısında iki süni adada 6,3 mlrd. dirhəm (1,7 mlrd. dollar) dəyərində kurort yaratmaq barədə planını açıqlayıb.
TASS agentliyi xəbər verir ki, yeni yaradılacaq və "Marsa əl-Ərəb" (Ərəb estakadası) adlandırılacaq kurort sayəsində Dubayı il ərzində ziyarət edən turistlərin sayı 20 mln. nəfərə çatdırmaq planlaşdırılır.
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət informasiya agentliyinin məlumatına görə, "Marsa əl-Ərəb" 40 min kv. km sahəni əhatə edəcək və burada 140 bahalı villa ilə yanaşı, müxtəlif attraksionlar yer alacaq.
Dubay hazırda dünyanın önəmli turizm mərkəzlərindən olsa da, son dövrlər dolların məzənnəsinin möhkəmlənməsi bu ölkəyə turist axınını zəiflədib. Belə ki, BƏƏ-nin milli valyutası dirhəmin dollarla müqayisədə məzənnəsi dəyişməyib. Bu da turistlər üçün otel qiymətlərinin, ticarət mərkəzlərinin və milli aviasiya şirkəti "Emirates"in tariflərini bahalaşdırıb.
Buna baxmayaraq, ilin ilk rübündə Dubayı 4,6 mln. nəfər və ya keçən ilin analoji dövrü ilə müqayisədə 11% çox insan ziyarət edib. "Marsa əl-Ərəb" layihəsinin bu ilin iyun ayında başlayacağı və 2020-ci ilə tamamlanacağı gözlənilir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 saat sonra
-
- 4 d. əvvəl
-
17 d. əvvəl
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
- 34 d. əvvəl
-
50 d. əvvəl
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
SOCAR Serbiyada yeni qaz elektrik stansiyasının inşası üzrə danışıqlar aparır
-
19 saat əvvəl
Mayın 18-də gözlənilən hava şəraiti - Ayrı-ayrı yerlərdə intensiv yağış olacaq
- 19 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Samsung-un 45 mindən çox əməkdaşı 18 günlük tətilə çıxa bilər
"Saat işləyir, İrana verilən vaxt azalır. Dərhal və sürətlə hərəkətə keçsələr yaxşı olar"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 26 GÜN
Ən çox oxunanlar
Serbiya Prezidenti Azərbaycana səfərə gəlib
Mercedes-Benz hərbi məhsullar da istehsal edə bilər - Şirkət müdafiə sənayesinə daxil ola bilər
Bank təqaüdçülərə faizi 9,9%-dən başlayan kredit təklif edir
Şavkat Mirziyoyev WUF13-də iştirak üçün Azərbaycana gəlir
Prezident İlham Əliyev Keniya Prezidentilə görüşüb






.jpg)








.jpg)









