200 milyard dolların sahibi bu dəfə də Kosmosu fəth edib
Üstəlik bu ucalığa qalxan ən gənc və ən yaşlı insanlarla birlikdə...Dünya milyarderləri siyahısında birinci yerin sahibi, məşhur Amazon şirkətinin sabiq rəhbəri Ceff Bezos daha bir rekordu gerçəkləşdirib. Marja xəbər verir ki, planetin ən zəngin insanı öz şirkəti Blue Origin-in hazırladığı “New Shepard” adlı idarə olunan raketi ilə kosmosa uçub.
Bezosu bu səyahətdə qardaşı Mark və müvafiq olaraq indiyə qədər kosmosa uçan ən gənc insan - Niderlandlı Oliver Daemen, eləcə də Yer üzündə bu səyahəti həyata keçirən ən yaşlı şəxs - aviasiya sahəsində çalışmış 82 yaşlı qadın Vally Fank müşaiyət ediblər.
Təxminən 11 dəqiqə davam edən səyahətdə Texas yaxınlığındakı kosmodromdan qalan kapsul formalı raket yer səthindən 107 km hündürlüyə qədər yüksəlib. 3 dəqiqə ərzində çəkisizlik vəziyyətində olan heyət daha sonra paraşütlərin köməyi ilə geriyə qayıdaraq, eniş edib.
Bu, kosmosun fəthi tarixində mülki şəxslərin belə hündürlüyə qalxdığı ilk hadisədir. Daha öncə - bu il iyulun 11-də digər milyarder Riçard Branson Virgin Galactic şirkətinin hazırladığı raketlə 80 km hündürlüyə qədər uçmuşdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 7 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























